Menu

“GƏLSƏN, SƏNİ HƏBS ETMƏLİ OLACAĞIQ” - Putindən gəlməməyi xahiş etdi

01.05.2023, 14:21
“GƏLSƏN, SƏNİ HƏBS ETMƏLİ OLACAĞIQ” - Putindən gəlməməyi xahiş etdi

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putinin həbsi ilə verdiyi qərara görə, ondan “BRİKS” sammitində iştirak etməməsini xahiş edib.

AzPolitika.info” “Sunday Times”-a istinadla xəbər verir ki, əgər Putin bu ölkəyə səfər edərsə, CAR BCM-nin qərarına əsasən onu həbs etməlidir. Bu səbəbdən də, Cənubi Afrika hakimiyyəti Vladimir Putindən avqustda Yohannesburqda keçirilməsi planlaşdırılan “BRİKS” sammitinə gəlməməyi, videobağlantı vasitəsilə iştirak etməyi xahiş edib.

“Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura gələrsə, onu həbs etməli olacağıq”, - deyə hökumət rəsmisi bildirib.

“Sunday Times” yazır ki, Cənubi Afrika Respublikası Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və onun Ukraynaya təcavüzünü pisləməkdən imtina edib.

Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət olan “BRİKS” təşkilatının məqsədi üzv ödövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-05-01 14:24:51

Putin belə zavallı günə düşəcəyini bilmirdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol