Menu

İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı həbs edildi

19.11.2014, 16:13
İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı həbs edildi

Türkiyədən Suriyaya keçmək istəyən 4 azərbaycanlı həbs edilib. Azvision.az-ın məlumatına görə, Türkiyənin Kilis şəhərindən gizli yolla Suriyaya keçib İraq Şam İslam Dövlətinə (İŞİD) qoşulmaq istəyən 4 azərbaycanlı tutulub.

İlkin məlumatlara görə, tutulan şəxslər İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istədiklərini etiraf ediblər.

Həmin şəxslərlə bağlı artıq Kilis Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol