Menu

Türkiyədə rus və ukraynalı rəsmilər arasında dava düşüb – VİDEO

05.05.2023, 12:14
Türkiyədə rus və ukraynalı rəsmilər arasında dava düşüb – VİDEO

Ötən gün Türkiyənin Ankara şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının Zirvə toplantısı zamanı Rusiya və Ukrayna nümayəndələri arasında insident baş verib.

“AzPolitika.info” xəbər verir ki, insident Rusiyanın Ankaradakı nümayəndəsinin Ukrayna bayrağına hörmətsizlik etməsiylə başlayıb. Belə ki, tədbirdən öncə ukraynalı deputat ölkə bayrağı ilə foto çəkdirərkən rusiyalı parlamentari ona yaxınlaşaraq bayrağı onun əlindən alıb.

Ardınca Ukrayna parlamentinin “Xalqın qulluqçusu” fraksiyasının deputatı Aleksandr Marikovski rus nümayəndəni vuraraq, bayrağı ondan alıb. Daha sonra tərəflər arasında yaranan mübahisənin böyüməsinə imkan verilməyib.

Ancaq bu insident iclasa da sirayət edib. Belə ki, tədbir zamanı Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyətinin çıxışına müdaxilə etməyə cəhd göstərib, yalnız TBMM sədri Mustafa Şəntopun sərt reaksiyasından sonra tərəflər sakitləşdirilib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol