Menu

"Kremlə hücuma görə konkret addımlarla cavab verəcəyik" - Lavrov Ukraynanı hədələyib

05.05.2023, 12:10
"Kremlə hücuma görə konkret addımlarla cavab verəcəyik" - Lavrov Ukraynanı hədələyib

“Rusiya Ukraynaya konkret addımlarla cavab verəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Kremlə hücuma sadəcə danışmaqla cavab vermək kifayət deyil: “Ukrayna Prezidenti Volodimir Zelenski özünə hörmət edən ölkələrin Kiyevlə əlaqəsini kəsmək üçün əlindən gələni edir. Əlbəttə, Ukrayna Qərbin xəbəri olmadan Kremlə hücum edə bilməzdi”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Kremin sözçüsü Dmitri Peskov sözügedən hücuma görə ABŞ-ı ittiham etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol