“Rusiyanın hərbçi sarıdan zəifləməsinə dair heç bir əlamət görmürük”.
“AzPolitika.info” xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl “Die Welt” nəşrinə müsahibəsində deyib.
“Hazırda Rusiyanın hərbi çağırışlarla əsgər toplamaq və bu müharibəni uzun müddət davam etdirmək imkanı var. Düzdür, Rusiya ordusunun fəaliyyəti ilə bağlı problemlər də var. Ancaq düşünürəm ki, Qərb Ukraynanı mütəşəkkil şəkildə dəstəkləməsə, Putinin uzunmüddətli strategiyası sonda uğurlu nəticə verə bilər”, - Kahl bildirib.
“AzPolitika.info”


Şərhlər