Rusiya ordusu Belqorod vilayətinin Qraivoronski rayonunda Ukraynada yaradılmış Rusiya Könüllülər Korpusu və “Rusiya azadlığı legionu”nun hərbçilərinə qarşı əməliyyatı davam edir.
“AzPolitika.info” xəbər verir ki. bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, hücumun 70 iştirakçısını öldürülüb, bəziləri əsir götürülüb, bəziləri isə əraziyə səpələniblər. Nazirlik Rusiya hərbçiləri arasında tkilər barədə məlumat verməyib. Bundan əvvəl sosial şəbəkələrdə qətlə yetirilən rus sərhədçinin videosu nümayiş etdirilib.
Moskva Belqorod vilayətinə daxil olan dörd zirehli maşın və beş Pikapın məhv edildiyini iddia edir. Amma yalnız bir ABŞ istehsalı olan “MaxxPro” zirehli maşın nümayiş etdirilib.
“AzPolitika.info”


Şərhlər