İrəvanın Bakı ilə sülh bağlamasına daxili hüquqi manelər varmı? – Ekspert şərhi

Brüssel görüçündə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bəyan etdi ki, Azərbaycan və Ermənistan liderləri qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımaq barədə razılığa gəliblər. Mişel ilk dəfə hər iki ölkənin beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazisini (86.6, 29.8 min kv. km) göstərən rəqəmləri ifadə edərək sülh danışıqlarında ciddi irəliləyiş olduğunu açıqladı.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda bəyan etdi ki, Qarabağ da daxil olmaqla Azərbaycanən ərazi bütövlüyünü tanıyır.

Bu bəyanat Ermənistanda hakimiyyət əlehidarlarını hərəkətə gətirib. Keçmiş siyasi elıitadan ibarət olan müxalifət partiyaları, onların nüfuz dairəsində olan media və ekspertlər Paşinyanı xəyanətdə ittiham etməklə bərabər onun Azərbaycanla bu şərtlər daxilində sazişə imza atmaq hüquqnun olmadığını bildiriblər.

Doğrudan da onların iddia etdiyi kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsinə daxili maneələr varmı?

Politoloq Fərhad Məmmədov bu iddialara belə aydınlıq gətirib: “Azərbaycan və Ermənistan 86,6 min km2 və 29,8 min km2 hüdudlarında bir-birinin ərazi bütövlüyünü tanımağa hazırlaşsalar da, erməni elitasının bir hissəsi sülh müqaviləsinin bağlanmasının mümkünsüzlüyünü əsaslandırmağa çalışır.

1990-cı il avqustun 23-də Ermənistan Müstəqillik Bəyannaməsini qəbul etdi. Bəyannamədə Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli aktında Qarabağın Ermənistanın tərkibində hesab edilməsinə istinad var. Öz növbəsində, 1995-ci il Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad var. Bəyannamənin preambulasında dolayısı ilə 1989-cu il aktına istinad edildiyinə görə, Ermənistan isteblişmentinin bir hissəsi Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı sülh sazişinin Ermənistan Konstitusiyasına zidd olduğunu iddia edir. Paşinyan vaxt qazanmaq üçün Konstitusiyaya düzəlişlər edilməsi məsələsini qaldıra bilər, amma reallıqda buna ehtiyac yoxdur.

Fakt budur ki, Ermənistanın digər aktorlarla imzaladığı bütün fundamental müqavilə və sazişlər ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur. Beynəlxalq ictimaiyyətə və qanunlara görə Ermənistanın ərazisi 29,8 min km2-dir. Rusiya ilə ikitərəfli müdafiə sazişləri, 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsi, eləcə də digər ölkələrlə imzalanmış bütün digər sazişlər Ermənistanın ərazi bütövlüyü çərçivəsində düz 29,8 min km2 göstərilib. Belə ki, əgər bütün bu müqavilələr Konstitusiya Məhkəməsi (KM) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təsdiq edilibsə, o zaman Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlanan sülh müqaviləsi Azərbaycan Respublikasının Konstitusiyasına da zidd ola bilməz. Əks halda, istisnasız olaraq, bütün mühüm razılaşmalar da Konstitusiyaya zidd elan edilməlidir.

Bəziləri 1991-ci il dekabrın 10-dakı “referendum”a istinad edərək Qarabağın hələ 1991-ci ildə Azərbaycanın tərkibindən çıxdığını iddia edir. Bu referendumun heç kim tərəfindən tanınmamasını bir kənara qoysaq, məntiqli sual yarana bilər: əgər akta əsasən 1989-cu il Qarabağ və Ermənistan vahid qurumdur, bəs Qarabağ erməniləri 1991-ci ildə kimdən “müstəqillik” elan etdilər? Azərbaycandan yoxsa Ermənistandan? Cavabdan asılı olmayaraq, 1991 və 1989-cu illərin “hadisələri” qarşılıqlı olaraq bir-birini inkar edir.

Ermənistan Ali Sovetinin (AS) 8 iyul 1992-ci il tarixli “qərarına” əsasən, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan istənilən hüquqi akt “qəbuledilməz” sayılır. Qərar Ali Məhkəmə tərəfindən verildiyi üçün onu yalnız parlamentin ləğv edə biləcəyi güman edilir. Əslində, AS (5-ci maddə) və 2018-ci il “Normativ hüquqi aktlar haqqında” Qanuna (Maddə 2, 37) əsasən, hökumət aktlarından üstün olan qərarlar deyil, qanunlardır. Başqa sözlə, Baş nazirin imzaladığı sülh sazişi avtomatik olaraq 1992-ci ilin qərarı ləğv edəcək.

“Beynəlxalq müqavilələr haqqında” 23 mart 2018-ci il tarixli qanuna əsasən, ratifikasiya proseduru aşağıdakı kimidir:

a. Sazişin mətni ilk növbədə Xarici İşlər, Ədliyyə və Maliyyə nazirliklərindən keçməli və onların müsbət rəyini almalıdır (maddə 11);

b. Nazirliklərin müsbət rəyi əsasında imzalanmış müqavilə Konstitusiya Məhkəməsinə göndərilməlidir (maddə 12);

c. Konstitusiya Məhkəməsinin qəbul etdiyi saziş Parlament tərəfindən ratifikasiya edilməli və Prezident tərəfindən təsdiq edilməlidir (maddə 13).

Konstitusiyanın 103-cü maddəsinə əsasən mühüm aktlar parlamentin 3/5 səs çoxluğu ilə qəbul edilir. 2021-ci il seçkilərində Vətəndaş Müqaviləsi Partiyası parlamentdəki 107 yerdən 71-ni qazanıb. Paşinyanın Konstitusiya Məhkəməsində, hökumətdə və prezident institutunda apardığı kadr islahatları hakimiyyətin bütün qollarında onun mövqelərinin güclənməsinə səbəb olub. Bu o deməkdir ki, sülh sazişi imzalanarsa, Paşinyan onu Konstitusiya Məhkəməsindən keçirə, 3/5 (64 deputat) səs çoxluğu ilə ratifikasiya edə və prezidentin təsdiqinə nail ola bilər”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar