“Çıxış yolu Xarkovu Rusiyaya birləşdirməkdir...” – “Rusiya Müdafiə Nazirliyinə çoxlu suallarım var”

“Belqorod vilayətini Ukraynanın hücumlarından qorumağın ən yaxçı yolu Xarkov vilayətini Rusiyaya birləşdirməkdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov “Rossiya 1” telekanalında çıxışında bildirirb. Jurnalist onun belə bir ehtimala inanıb-inanmadığını soruşduqda, Qladkov bildirib ki, bu, atəşə tutulma probleminin ən yaxşı həlli olacaq.

Xatırladaq ki, Rusiya qoşunları Ukraynaya genişmiqyaslı işğalın ilk günündə - 2022-ci il fevralın 24-də Xarkova hücum edib. Rayon ərazisinin bir hissəsi işğal olunsa da şəhərə hücum uğursuz alınıb. Sentyabrda Ukraynanın əks-hücumundan sonra rus qoşunları Xarkov vilayətinin demək olar ki, bütün ərazisini tərk edib.

Bu regionun ilhaqı Ukraynaya müdaxilənin rəsmən elan edilmiş məqsədləri sırasında deyil. Onların arasında Rusiyanın payızda elan etdiyi Ukraynanın digər dörd bölgəsinin işğalı da olmayıb. Kreml bu məqsədlər arasında “Donbass sakinlərinin müdafiəsi” elan edib. Genişmiqyaslı işğalın başlamasından bir il üç ay keçsə də, Donbassda döyüşlər, o cümlədən Rusiyanın nəzarətində olan ərazilərin atəşə tutulması davam edir.

Belqorod vilayətinin hakimiyyət orqanları son vaxtlar Ukrayna ərazisindən artilleriya atəşə tutulduğunu bildirirlər. Qladkovun özü bu yaxınlarda Şebekino şəhərində atəşə tutulduğunu iddia edib. Bazar ertəsi də Şebekinonun atəşə tutulması barədə məlumat verilib. Ukrayna adətən bu cür mesajları şərh etmir.

Qubernator regiondakı vəziyyəti “əslində müharibə” adlandırıb və Ukrayna ərazisindən ən azı beş diversiya-kəşfiyyat qrupunun bölgəyə daxil olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfində döyüşən Rusiya vətəndaşlarından ibarət könüllü birləşmələrin döyüşçüləri tərəfindən həyata keçirilib. Bu basqından sonra Qladkov bildirib ki, onun Rusiya Müdafiə Nazirliyinə çoxlu sualları var.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar