Menu

UKRAYNA NÜVƏ FƏLAKƏTİNİN ASTANASINDA... - "Alternativ mənbə tapılmasa, 1-2 ay sonra..."

10.06.2023, 12:20
UKRAYNA NÜVƏ FƏLAKƏTİNİN ASTANASINDA... - "Alternativ mənbə tapılmasa, 1-2 ay sonra..."

Ukraynada Dnepr çayı üzərində yerləşən Kaxovka bəndinin dağılması ekoloji fəlakətlə yanaşı, Zaporojye Atom Elektrik Stansiyasının (AES) gələcək taleyini də şübhə altında qoyub.

"AzPolitika.info" xəbər verir ki, Kaxovkadan gələn su ilə çalışan Zaporojye AES hazırda kiçik bir gölməçədən asılı vəziyyətə düşüb. Ekspertlər xəbərdarlıq ediblər ki, buradakı su bitdikdən sonra AES-in reaktorları əriməyə başlayacaq.

“Ukrhidroenerqo” hidrogenetik şirkətinin baş direktoru İqor Sirota bildirib ki, ötən günə olan məlumata görə, bənddəki suyun səviyyəsi kritik həddə aşağı düşüb.

Suyun hündürlüyünün 12,5 metrə qədər azaldığını bildirən Sirota, qeyd edib ki, Kaxovka bəndindən Zaporojye AES-ə soyuducu suyun verilməsi üçün səviyyə ən azı 12,7 metr olmalıdır.

"Dünən axşamdan etibarən səviyyə bu həddən aşağı düşüb. Bu o deməkdir ki, regionda mövcud olan su kanallarının heç biri, o cümlədən də Zaporojye AES su ilə təmin oluna bilməz",-Sirota bildirib.

Ukrayna Energetika Nazirliyindən isə bildirilib ki, alternativ mənbə tapılmasa 1-2 aydan sonra nüvə fəlakəti baş verəcək: “Bənddən suyun çəkilməsinə baxmayaraq , ehtiyat gölməçədəki səviyyə hazırda 16,6 metr ətrafındadır. Buradakı su reaktorları daha bir neçə ay işlədəcək. Lakin bir-iki ayın sonunda alternativ mənvə tapılmasa, nüvə fəlakəti baş verəcək".

"AzPolitika.info"

Şərhlər

Rusin Azəroğlu 2023-06-11 18:09:40

Belarus da artıq, nüvə TƏHLÜKƏLİ KTMT və MDB dövlətə, başlıcası öz ölkəsi üçün də NÜVƏ təhlükəsi anbarına çevrilir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol