Rusiya ABŞ və Qərbin maliyyə sanksiyalarının qarşılığında nüvə silahlarını işə sala bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə Kremlə yaxınlığı ilə tanınan politoloq, "Rosneft" şirkətinin vitse-prezidenti Mixail Leontyev açıqlama verib.
ABŞ və Qərbi ehtiyatlı olmağa çağıran Leontyev bildirib ki, Rusiyanın cavabı çox ağır ola bilər.
"Biz Rusiyaya qarşı tətbiq olunan maliyyə sanksiyalarının cavabını nüvə silahları ilə verə bilərik. Rusiya bu "kartından" istifadə etməyə məcburdur. Ona görə də rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edilməməlidir", deyə vitse-prezident bildirib.


Şərhlər