Azərbaycan tərəfi Ermənistanın bu gün səhər saatlarında Laçın sərhəd-keçid məntəqəsində törətdiyi təxribata cavab olaraq, bir sıra məhdudiyyətlər tətbiq edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.
Ərazidən yeni görüntülər paylaşan “Azadlıq Radiosu”, hazırda Laçın postunda sərnişin və yükdaşımaların qadağan edildiyini açıqlayıb.
Xatırladaq ki, Ermənistan tərəfi bu gün Laçın dövlət sərhədindəki buraxılış məntəqəmizi atəşə tutub. Ermənistanın təxribatı nəticəsində bir hərbçimiz yaralanıb.
“AzPolitika.info”


Şərhlər