Azərbaycandakı bir çox nazirliklərin lap əvvəldən nazir sarıdan bəxti gətirməyib. Belə nazirliklərdən biri də vaxtilə Əli Abbasovu, Ziya Məmmədovu görmüş indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir...
Bu günlərdə cəmiyyətdə, “qara camaat” arasında ən çox müzakrə olunan mövzulardan biri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunun müzakirəsi zamanı Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin dedikləridir: “Dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur. Taksi qiymətləri qalxacaq. Bu, birmənalı şəkildə belədir".
Bir-iki millət vəkilni çıxmaq şərtilə, nazirlə eyni düşüncədə olan əksər deputatlar da onun dediklərini və məlum yeni qanunu dəstəkləyiblər. Yəni, bədbəxtçiliymiz təkcə nazirlərlə bağlı deyil...
Məsələn, özü uzun illər siqaret inhisarçısı olmuş Rüfət Quliyev deyib ki, “ölkədə 5 taksi aqreqatoru at oynadır, hökmranlıq edir”.
Əlbəttə ki, inhisarçılığa öyrəşmiş və bundan milyonlar qazanmış biri üçün rəqabət mühiti cin-əcinnə kimi təhlükəli görünür.
Əslində, alternativ nəqliyyat çox olmalıdır ki, taksiyə ehtiyac azalsın. Ancaq bunlar öz işlərinin öhdəsindən gəlmək, normal nəqliyyat infrastrukturu, ictimai nəqliyyat yaratmaq əvəzinə, problemi taksidə qiymət artırmaqla çözmək istəyirlər.
“Dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur” deyən nazir nədənsə “Azal”-ın qiymətlərinin də dünyada tayı-bərabəri olmadığını heç vaxt dilinə gətirmir. Bəli, ola bilər ki, Azərbaycan vətəndaşı bəlkə də başqa dövlətlərlə müqayisədə, məsələn, taksi ilə şəhərdən hava limanına 1 manat ucuzuna gedir, amma təyyarəyə azı 100-200 dollar bahasına bilet alır.

“Prius”-lara döşəməyə nə var ki, gücü çatırsa, “Azal”-ın qiymət siyasətinə də bir “əl gəzdirsin”, təşəbbüs qaldırsın, təklif versin. Yox, olmaz! Belə məmurların “missiyası” başqadır – qadağa qoy, cərimə et, qiymət qaldır və s.
Yaxud, dövlətin milyonları, on milyonları xərclənən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən danışsın, görək bu “intellektual idarəetmə”ni paytaxt sakini öz gündəlik həyatında necə hiss edir və ümumiyyətlə, hiss edirmi?

Məhz taksi xidməti hər nə qədər kələ-kötür olsa da, hazırda Azərbaycanda tək-tük gerçək rəqabət şəraiti olan sahədir. Bu nümunə müəyyən qüsurlar aradan qaldırılacağı təqdirdə normal rəqabətin Azərbaycanda bütün sahələrdə qiymətlərə necə təsir edəcəyinin bariz göstəricisidir.
Problemin mahiyyətini, kökünü görməyən, yaxud görmək istəməyən nazir və deputatlarımız anlamaq istəmirlər ki, nəqliyyat problemi təkcə texniki yox, həm də və daha çox sosial-iqtisadi problemdir. Bundan əvvəl Əmək və əhalinin sosial müdafiəsi naziri dedi ki, iş yerlərinin açılması dövlətin üzərində olmamalıdr. Yaxşı, iş yeri açmayın, olan iş yerlərini də müxtəlif bəhanələrlə bağlayın!
Bu gün taksi sürücülərinin içərisində qətiyyən bu işə yaramayanlar, hətta narkomanlar da var. Ancaq onları bəhanə edib, işsizlik ucbatından gecə gündüz rol arxasında qəpik-quruş qazanmağa məhkum edilən ali təhsilli gəncləri, müxtəlif peşə sahiblərini də görməzdən gəlmək olmaz.

Problemin kökü bu qədər insanın taksidə işləməyə məcbur edən sosial səbəblər, onun texniki tərəfi isə yol polisinin rüşvət müqabilində kimə gəldi sürücülük vəsiqəsi verməsi, ictimai nəqliyyatın biabırçı vəziyyəti də daxil olmaqla, müxtəlif çeşidli digər səbəblərdir. Neft ölkələrinin çoxunda taksi xidmətini kasıb ölkələrdən gələn miqrantlar yerinə yetirir, yerli əhali bu işi özünə yaraşdırmır. Neft ölkəsi Azərbaycanda isə taksi işsizlərin ən son ümid yeridir...
“Kreativ” məmurlarımıza gəlincə, adlarını müasir Avropa, Amerika təhsilli qoysalar da, mahiyyət etibarilə Hadı Rəcəbli, Tağı Əhmədov, Abid Şərifov və s. bu kimi tipajların nisbətən gənc variantı olan bu şəxslər vəzifə kreslosunda məlum yerlərini isidən kimi, dərhal millətlə qadağa, cəza, cərimə, qiymət artımı dilində danışmağa başlayırlar. Başçılıq etdikləri sahədə heç bir normal iş yarıtmayan, bu sahəyə xarici görünüşdən başqa heç bir yenilik, təşəbbüs, ideya gətirməyənlər öz bacarıqsızlıqlarını xalqa əlavə problem yaratmaqla “kompensasiya edirlər”.
Olduqca dar çərçivədə düşünən, öz lyuks komfort aləmində yaşayan, millətin problemini, dərdini, güzaranını anlamaqdan çox-çox uzaq, “sintetik beyinli” iri məmurları “ayıltmağın” bir yolu qalır – məsələn, Nəqliyyat naziri işə lyuks avtomobildə yox, ictimai nəqliyyatla, metroyla, avtobusla getməlidir, Əmək naziri yüksək maaşı, biznesi, tenderləri və s. hesabına yox, əlilin, minimum pensiya alan vətəndaşın gəlirlərinə bərabər maaşla dolanmalıdır, Səhiyyə naziri İsraildə, Almaniyada yox, Sabunçu xəstəxanasında müalicə almalıdır və s. Yalnız bu halda camaatın nələr çəkdiyini hiss edərlər və məlum “kreativ” təklifləri, qərarları verərkən yaxşı-yaxşı düşünərlər...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bir nazir ki, vətəndaşın müraciətinə əhəmiyyət vermir, o naziri postundan dərhal kənarlaşdırmaq lazımdır!
Rəşad Nəbiyev özündən əvvəlki nazirlərin, cənab Əli Abbasovun və cənab Ramin Quluzadənin ölənlərinə rəhmət oxutdurur. Hayf oldu, cənab Əli Abbasov, cənab Ramin Quluzadə ! Əsil Nazir idilər, nə vaxt istəsən qəbuluna düşı bilirdin. Rəşad Nəbiyev nazir təyin olunandan onun qəbuluna düşə bilmirəm. Biz hara gedirik........?
Ölkədə kadr siyasəti acınacaqlı haldadır.Möhtərəm Prezident belə təyinatları necə imzaladığı anlaşılan deyil. Təsadüfi,ixtisası uyğun olmayan ,səriştəsiz,təcrübəsiz şəxslər necə bir başa nazir təyin edilir.Ona görə Azərbaycanda bütün sahələr talan,oğurluq,özbaşınalıqla dolub.
Təsadüfi adamıar necə nazir olur?Onları kim təqdim edir ki möhtərəm prezident məcburi fərman verir?
Rəşad Nəbiyev Rabitə Nazirliyində 2012-ci ilə kimi Baş mühasib vəzifəsində işləyib. Onun fəaliyyəti yoxlanılmalı və hüquqi qiymət verilməlidir! O dövrdə nazirliyin aparat rəhbəri və digər məsul şəxslər həbs olundu....
Rəşad Nəbiyev nazir təyin olunduğu ilk gündən vətəndaşların müraciətlərinə əhəmiyyət belə vermir, elə bilki nazirlik dədəsinin şəxsi mülkiyyətidir ! Prezident Administrasiyasında da nazirə irad bildirilmir və bu səbəbli ölkəmizdə sisial narazılıqları yaradanlarda xalqa xidmət etməyən məmurlardır. Belə məmurlar vaxtında tutduqları postundan vidalaşmalıdırlar !
yekunu cox gözəl vurğulamısınız o vicdansızları ancaq bu yolla qandırmaq mümkün ola bilər.
Azadlıq meydanı azərbaycanlıl ailələrinin SSRİ və Azərbaycan və n konstitusiyalarına zidd DQMV Soveti və Ermənistanın 14.06.1988 tarixli fərmanı əsasında cinayətkar soyqırıma məruz qoyduqda Nemət Pənahovun mitinqçiləri Neft hasilatı artımı ilə hər çətinliyə üstün gələcəyimizə əmindik!? Bir qərinə keçib nə Qarabağ işğaldan tam azad olub, nə də maksimal özünü təminatlı və ehtiyatlı iqtisadiyyatımız varsa, HANI?
istefa verisinin ohtesinnen gele bilmir isinin teleb edirik
azalada de da niya demirsan kasib kusubun corayine bayis olursan
Hərdənbir dəyirmanın çax-çux məsələsi yadıma düşür. Düzdür ölkədə kifayət deyil, müəyyən qədər islahata oxşayan şeylər həyata keçirilir, buna islahat demək mümkün olarsa. Xarici siyasətimizə söz ola bilməz, bəlkə də dünya liderləri bundan bəhrələnməlidirlər. Daxili kadr siyasətimiz olduqca bərbad vəziyyətdədir. Sorbon universitetini və ya Nyu-York Akademiyasını bitirmək hələ o anlama gəlmir ki, bu gənc və ya qocaman kadır nəmənəyəsə yarayır. Böyük məsuliyyət hissi ilə qeyd etmək istərdim ki, çox əcaib kadr siyasəti yeridilir. Nazir Rəşad Nəbiyevlə bağlı onu qeyd etmək istərdim ki, bu şəxs heç bir vaxt çətinlik nə olduğunu bilməyib. Sadə vətəndaşın həyat tərzi ona yad olan bir şeydir. Bir kəs ki, bir tikə çörəyə möhtac olmamışsa, sadə insanın imkansızğlığı ucbatından nələr keçirdiyini öz üzərində hiss etməsə bu sadə insanların qədrini heç zaman bilməz. Ondan başlayaq ki, saytlarda bu qədər yazı-pozu gedirsə və ona dövlət qurumları tərəfindən heç bir reaksiya verilmirsə, belə dövlət qurumuna bir quş. Yaşlı nəslin xatirindədirsə, Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsində belə bir norma var idi. Əgər mətbu orqanında hansısa məsələ ilə bağlı cinayət xarakterli yazı gedirdisə hüquq mühafizə orqanları buna cəld reaksiya verirdi. Cəlal Məmmədov kimi yazarlara eşq olsun. Cinayət əməllərini konkret faktlarla açıqlayır, cinayətin subyektini göstərir, oğurladığı əmlakın siyahısını verir, buna reaksiya verən bir orqan tapılmır. Qayıdaq kadr məsələsinə. Qeyd etdiyim lətifə deyil, olmuş hadisədir. Ötən əsrin 90-cı illərində Gədəbəy rayonunun bir başıbəlalı icra başçısı var idi. Əhali onun əlindən zara gəlmişdi. Dedi-qodu yayılırdı ki, bu icra başçısını bu gün çıxrlarldar, sabah çıxardarlar. Sahib adında bir köhnə musavatçı var idi. Lotular Sahibə yaxınlaşıb soruşurlar ki, bu başçını nəö vaxt çıxaracaqlar? Cavb belə olur ki, bundn axmağını tapanda. Həqiqətən də belə oldu. Köhnənin yerinə gətirilən ondan da axmağın birisi oldu. Rəşad Nəbiyev kimdir? Sumqayıtda qaz Nəbi deyilən bir korrupsioner var idi, sonralar səhv etmirəmsə icra hakimiyyətində başçının müavini oldu. Sağlam ideyaya malik olmayan adamın törəməsindən nə gözləmək olar. Bu nazir evdə yalnız haramla gələn çörəklə qidalanıb, hər gün evə qan-irinlə gətirilən gətirilən çörəklə qidalanıb, halal bir şey görməyib. Hər zaman qeyd etmişəm və bu gün də təkrarlayıram, nə qədər ki, ölkə başçısı ətrafına süpürgə çəkməyib vəziyyət bundan da kötü olacaq. Bütün bu narazılıqlar ölkə başçısının adına kölgə salır. Ölkə başçısı həqiqətən çox böyük işlər görür. Bu işdə ona bir nəfər kimi hamımız yardışçı olmalıyıq, onda ölkə daxilində bütün məsələlər öz məcrasına düşəcək. Yazıya növbəti şərhi bir az sonra.
BELƏ ..... HARDAN TUTUB KƏTİRİRLƏR NAZİR POSTUNA BİLMİRƏM ... İNSAN AZAL BİZLƏR UCUN ƏLCATMAZDİR GURU SƏRHƏD BAGLİ TAKSİDƏ AZAL GİYMƏTİNƏ GALDİR SƏNİ KİMİSİNİN GULAGİNDAN TUTUB LAZİMDİR OBŞESTVENNİ AVTOBUSA MİNDİRƏK BƏLKƏ ONDA BAŞA DUŞƏRSƏN
Rəşad Nəbiyev özündən əvvəlki nazirlərin ölənlərinə rəhmət oxutdurur !
Azər-ə,çox sağol belə qısa və məntiqli şərhinə görə.
Bu nazirlik yalnız yerlibazlıqla məşğuldur,bəlkədə ölkəmizdə heç bir zaman belə açıq-saçıq yerlibazlıq olmamışdı.Bəla burasındadır bu yerlibazlığda sahəni bilməyən savadsız ərköyün balalarını yığırlar,nəticədə həmin "daşlar"vətənimizin başında çatlayır,həm mənəvi,həm iqtisadi,həmdə pisxoloji.
super
Bütün dünyanı süni surətdə yoxsulluğa aparırlar, bunun üçün isə hər bir dövlətdə buna xidmət edəcək insanları vəzifə başına gətirirlər, vəssalam..
Çox gözəl yazıdır
Hörmətli Cəlal müəllim, Rəşad Nəbiyev nazir təyin olunduğu ilk gündən Rabitə bazar qanunları ilə idarə olunmağa start verildi. Şəkinin Bazar Storu ticarət mmərkəzinin balansında olan ticarət köşkündə Poçtun agentliyi açıldı, bir həftə olar. Rüşvət xor birisini Poçta müdir təyin ediblər . Həmin müdir şəxsi maraqlarına üstünlük verərək Poçtun agentliyini açdırıbdır. Poçtun agentliyində poçt xidmətindən başqa bütün xidmətlər göstərilir özləri üçün ticarət mağazası yaradıblar. Gecə saat 23-00 kimi həmin poçtun agentliyində müxtəlif çeşitdə mallar satılaraq vergidən yayınma hallarına yol verilir... Xahiş edirik gəlin öz gözlərinizlə görün.. nazir rabitəni keçmiş kolxoz idarəsinə döndərib ?
Ne vecine deputatlar milyonlar yeyir 8000 alirlar amma ozlerine gilas ala bilmirler.Onlarin icinde bir normal adam var o da Vahid Ehmedovdur
Ellerine sagliq Celal bey ...
Özünüzü yormayın ,oxu atıb yayı gizlətməyin ,nazir və deputatlar kimdir ki belə məsələ qaldırsınlar ?C. Məmmədov ,xəbərin yoxdursa deyim ,amma şərhi verməyəcəksiz ,belə ki iyul ayından hörmətli holdinqlərdən biri taksi bazarına girir həm də bonusla . Görəcəksiz digər taksi sürücüləri kütləvi həbs və cərimə ilə qarşılaşacaq
Celal bey qaldı “AZAL” meselesine onun prezidenti ölke ehalisinin “Русскоязычного населения города Баку» hissesinin erköyün “Neqliyyat “ naziridir ki ne hökumetde ne de Milli Meclisde kimse ona “Замечание» etmek iqtidarında deyil çinki özü yıx ola biler.
“Taksi” meselesi mence ele de sade meseke deyil.Bu gün ölkede fealiyyet gösteren “Uber”,” Bolt” ve diger şirketler xarici şirketlerdir ki bizim neqliyyatçıların qabiliyyetsizliyi ucbatından “Taksi”. bazarındakı boşluğu doldurmaqla bu saheni “sökür” bizimkilere ise heç ne çatmır bunlarsa asqırandan sonra ayılıblar ki ,bes bşz de varıq,yeni ta bu şirketler leğv olunmalı- gücleri çatsa,ya da qiymet qalxmalıdur vessalam
Cəlal bəy, sənin dərdin-bəlan, azarın-bezarın ölkənin nazirlərinə getsin. İstisnasız olaraq. ALLAH onların ömründən kəsib sənə calasın.
Cəlal bəyə təşəkkür edirik, minnətdarıq. Allah razı olsun sizdən, yaxşı ki, varsız!
Cəlal bəydən yenə də möhtəməm bir analitik yazı
Azal Dan gorxur da
Xalqımıza xəyanət edənlərin,,cibinə göz dikənlərin allah bəlasını versin.
Bu nazir sadə vətəndaşlari məhf etməyə gəlib ? Xalq onun istefasini tələb edir.