Maliyyə Nazirliyi Aparatının rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə yeni maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.
Maliyyə Nazirliyindən xəbəri təsdiqləyiblər.
Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin yeni Aparatı rəhbəri təyin edilib.
O, 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.
Qeyd edək ki, Cavanşir Yusifov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qardaşıdır.

Maliyyə Nazirliyinin yeni Aparatı rəhbəri N.Həsənov isə 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.
O, 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.
Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyinin Aparatının rəhbəri Cavanşir Yusifov olub. Onun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib.

“AzPolitika.info”

Şərhlər
indiki məmurlar əlinin papağını vəlinin başına qoymaqla və çevir tatı vur tatı etməklə süni iş mənzərəsi yaradırlar. əllərindən real heç nə gəlmir . boş boş işlərlə məşğuldurlar
Mən yazmışdım bu barədə Bizdə ilk dəfə aparat rəhbəri Rabitə Nazirliyində Əli Abbasov Vidadi Zeynalov ücün acmışdı Sonralar dəbə düşdü Buna qədər isə Prezident administrasiyasında belə vəzifə vardı.İndi təyin olunanlar ilk növbədə yerlilərini dostlarını quda qohumlarını və ya kirvələrini təyin edirlər Bir xanımı da mətbuat katibi Rabitə naziri vardı Sirus Abbasbəyli Təyin olunanda nə yerlisini nə qohumunu nə də digərlərini irəli cəkmədi Rabitəcilərlə 5 il işlədi 6 yaşayış binasını tikərək ədalətlə payladı Papağını götürüb getdi İndi də hamı atasına rəhmət oxuyur Sirus müəllimə can sağlığı arzu edirəm
Samvel can işləri düzəldəcək.
Nə dəyişəcək?kadrlar?Şərifov iini bacarmırdı ?Bəs necə 30 ol nazir idi.Bunun bacarmaığını bu illər ərzində görmürdülər? Bu hoqqabazlıqlar nə zaman bitəcək?...
Nazirlikdə o qədər artıq ştatlar var,regionlarda gəldikdə bütün ştatlari ixtisara salirlar
insana görə iş yeri açırlar dədə babadan belədir
Məgər nazirlik Aparatının rəhbəri nazir deyil?Bu ştat vahidi dövlət vəsaitini mənasız məsrəf,qarəti deyil?Çünki hər qurumda rəsi.müavin və işçilər vardır və hər biri nazirə hesabat verir və nazirin tapşırıqlarını icra edor.Bəs ni nəyin rəhbərliyini edir? Belə artıq ştatlar (müşavir,mətbuat katibi və sair ) niyə ləğv edilmir?