Menu

NAZİRDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNATLAR - İki müavin təyin olundu

18.03.2025, 23:00
NAZİRDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNATLAR -  İki müavin təyin olundu

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunub.

"AzPolitika"-nın DOST Agentliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Tural Mailov və Aygün Musayeva DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.

Qeyd edək ki, Tural Mailov bundan əvvəl Agentliyin İdarə Heyəti sədrinin müşaviri, Aygün Musayeva isə DOST Xidmətləri departamentinin müdiri vəzifələrində çalışıblar.

Şərhlər

Firdövsi 2025-03-18 16:30:38

Bu agetliyin işi və vəzifəsi nədir?Belə bir qurumun fəaliyyətini,işinin nəticəsini və ümumiyyətlə hansı işlər görünüyünü vətənaşlar bilirmi? Belə. adı yeni uyulan,həyatda fəaliyyəti görünməyən agentliyə hələ iki yeni müavin təyini,onlara xalqın pulunun maaş verilməsi nə deməkdir? Bu qurumu görən.tanıyan,eşidən varmı?Hakimiyyətin oyunbazlığı xalqı ac saxlayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol