Menu

YENİ NAZİR İCRA BAŞÇISININ YERİNƏ TƏYİNAT ETDİ - FOTO

12.03.2025, 20:31
YENİ NAZİR İCRA BAŞÇISININ YERİNƏ TƏYİNAT ETDİ - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib.

"AzPolitika"-nın verdiyi məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Nazirin əmri ilə Rəhimov Azər Eldar oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Fotoda Orxan Hüseynzadə

Şərhlər

İ.Mustafaoğlu 2025-03-13 19:00:26

Hörmətli cənab Nazir 1
Nazirliyin imicinə xələl gətirən Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılovuda işdən azad etsəniz ölkəmizdə sosial narazılıqların azalmasına gətirib çıxarar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol