ALİMİ VƏ ELMİ DƏYƏRDƏN SALAN KİMLƏRDİR?! – “Ayıb deyil?! Bu dərəcədə də özbaşınalıq olar?!”
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor
“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”
Həzrəti Məhəmməd peyğəmbər (s)-ın kəlamlarından
Alimin günahı nədir?!
Son vaxtlar asan və dolayı yollarla alim olmaq istəyənlərin də, alimləri ələ salanların da, Azərbaycan elminin uğurlarını görməzliyə vurmaqla ona qara yaxanların da sayı az qala həndəsi silsilə ilə artmaqdadır. Bu yolda olanların hərəsi sadəcə özünün cılız “mənfəətindən” başqa heç nəyi düşünmür. Təbiidir ki, bir çox hallarda təhqir səviyyəsində olan bu cür əsassız yanaşmalar əsla qəbuledilməzdir. Odur ki, bu qəbildən olan yanaşma müəlliflərinə qarşı qəti olaraq etirazımı və narazılığımı bildirirəm. Qoy, elmdən, alimin işindən, elmi nəticələrindən və “imkanlarından”, onun iş şəraiti və sosial təminatının nə yerdə olduğundan bixəbər olanlar bu mövzuya baş vurub özlərini gülünc vəziyyətə salmasınlar. Sözsüz ki, hansısa ağzıgöyçəyin, sözünü və danışığını bilməyən birisinin şüurlu ömrünü bütünlüklə Azərbaycan elminin inkişafına həsr edən tarixçi alimlərin ünvanına işlətdiyi hədyanları heç bir halda qəbul etmək olmaz. Axı, yayın qızmar günəşi altında, 35-40 dərəcə istidə, toz-torpaq içində, ilan mələyən düzlərdə, maşın yolu olmayan yüksək dağlıq ərazilərdə fədakarcasına işləyən, necə deyərlər “iynə ilə gor qazaraq” 2-2.5 milyon illik tariximizin qaranlıq səhifələrinə işıq salan alimlərin əməyini və xidmətlərini necə danmaq olar?!
Mən ixtisasca tarixçi-arxeoloq olduğumdan digər elm sahələri ilə işim yoxdur. Bəli, danılmaz həqiqətdir ki, bu gün tarix, arxeologiya və etnoqrafiya elmləri sahəsində saxtakarlıq, başdansovuduluq, plagiatçılıq və xaltura halları baş alıb getməkdədir. Özü də bu yeni hal deyil, illər öncə başlanmış ziyanlı bir tendensiyadır. (Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix elmləri üzrə Ekspert şurasında təmsil olunduğum illər ərzində bu cür xoşagəlməz halları özümün də yaxından təqib etmək imkanım olub). Məgər bütün bunların günahkarı təkcə alimlərdir?! Belə düşünən cənablar, çox ciddi şəkildə yanılırsız. Siz elə düşünürsünüz ki, elmi işçi adı ilə akademiyanın institutlarına doldurulmuş yüzlərlə, minlərlə insanın hamısı alimdir?! Elə düşünürsünüz ki, o insanları elm sahəsində işə alimlər qəbul edib?! Bilin və agah olun ki, elm sahəsindəki bu acınacaqlı mənzərəni yaradan alimlər deyil, uzun illərdir ki, məhz akademiya rəhbərliyi və onların xeyir-duası ilə elmi-tədqiqat institutlarına təyin olunmuş başabəla direktorlar olub. Alimlərin ünvanına hədyanlar yağdıranlara tövsiyə edərdim ki, dönüb bir keçmişə nəzər salsınlar. Görün, ötən əsrin 70-80-ci illərində Akademiyamıza kimlər rəhbərlik edib, kimlər institut direktoru olub! Onları indikilərlə müqayisə edin. Azərbaycanın hüdudlarından çox-çox kənarlarda tanınan, böyük nüfuz sahibi olan həmin şəxslərin kreslolarında indi kimlər əyləşməkdədir?! Axı, elementar idarəşilik səriştəsi olmayan bu adamlar çoxsaylı elmi işçinin cəm olduğu çox böyük, həm də kifayət qədər möhtəşəm bir cameəni necə idarə edə bilər?!
Əslində elmi tədqiqat institutlarının rəhbərləri o institutların məşğul olduğu elmi istiqamətlər üzrə ən çox tanınan, hər kəs tərəfindən qəbul olunan yüksək reputasiyalı alimlər olmalıdır. Dünyanın hər yerində belədir. Uzun illər Azərbaycanda da məhz bu cür olub. Ali məktəblərimizdə də ümumən yanaşma belə olub. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq respublikada hökm sürən hərc-mərclik fonunda bu meyarlar da tədricən yoxa çıxdı. İşi o yerə çatdırdılar ki, indi ölkənin ən nüfuzlu ali təhsil ocağına və bəzi elmi tədqiqat institutlarına özlərinə dissertasiya yaza bilməyən şəxslər rəhbərlik edir. Nəzərə alın ki, həmin şəxslər rektor və ya direktor olmaqla yanaşı, həm də müvafiq elmi şuralara və dissertasiya şuralarına rəhbərlik edirlər. Bu nə deməkdir?! Belə bir anormal yanaşmaya necə haqq qazandırmaq olar?!
Paradoksallıq nədən qaynaqlanır?
Narahatçılıq doğuran haldır ki, son illər ölkəmizdə hər 1 milyon nəfərə düşən elm adamlarının sayı durmadan azalmaqdadır. Qəribədir ki, belə bir azalma tentensiyası fonunda müvafiq tələblərə cavab verməyən dissertasiya və nəşrlərin sayı isə yağışdan sonra göbələk artan kimi artmaqdadır. Təkcə belə bir faktı yada salaq ki, son vaxtlar AAK tərəfindən 400-dən çox dissertasiya işi barədə imtina qərarı verilib.
Rəsmi məlumata görə, son bir il ərzində Azərbaycanda müdafiə olunan dissertasiya işlərinin təqribən 45 faizindən çoxu filologiya sahəsinə aiddir. Bu, Azərbaycan elmi adına həyəcan təbili deyilmi?! Eşitdiyimə görə həmin dissertasiya mövzuları içərisində müasirlərimiz olan, şəxsiyyəti və yaradıcılığı cəmiyyət tərəfindən o qədər də bəyənilməyən bəzi yazarlarımızın ədəbi irsinin “dərin qatlarının” araşdırılmasına həsr olunan elmi işlər də var. Məgər bizim ədəbiyyatşünaslar Nizami, Xaqani Şirvani, Fələki Şirvani, Nəsimi, Füzuli, Arif Ərdəbili və digər klassiklərimizin ədəbi irsini tam olaraq öyrəniblər ki, indi də hərə öz dostu, tanışı və qohum-əqrabasının “ədəbi irsini” dissertasiya mövzusu olaraq “araşdırmaq” yolunu tutub?! Əzizlərim, məgər bu elmdir?!! AAK bu cür dissertasiyalar barədə imtina qərarı verməsin neyləsin?! Təəssüflə deməliyəm ki, həmin imtinalar arasında tarix, arxeologiya və etnoqrafiyaya aid də xeyli işlər vardır.
Paradoksal vəziyyətdir: bir tərəfdən respublikamızda elmi işçilərin sayı durmadan azalmaqdadır, digər tərəfdən özlərini universitet təhsili almış olduğu sahələrdə təsdiqləyə bilməyənlərin filologiya, tarix, arxeologiya və etnoqrafiya sahələrinə axını müşahidə edilməkdədir. Təsəvvür edin, son 10-15 ildə Arxeologiya və Etnoqrafiya İnstitutunda işə götürülənlərin az qala üçdə ikisi ixtisasca tarixçi deyil. 15 ildən çox bir müddətdə həmin institutun başında duran insanın özünün belə ixtisasca tarixçi olmadığı ümumilikdə vəziyyətin nə dərəcədə düşündürücü olduğunun bariz göstəricisi deyilmi?! Əslində qeyri-peşəkarların daha çox tarix və arxeologiya axını da məhz həmin elm sahələrinin idarəçiliyində zaman-zaman yol verilən boşluqlardan qaynaqlanıb. İndi deyin görək, elmə dəyər verilmədiyi, elm adamlarının rəyi nəzərə alınmadığı, qeyri-peşəkarlarınsa, necə deyərlər, at oynatdığı belə bir mühitdə tariximizin daha dərindən, daha hərtərəfli və daha mükəmməl öyrənilməsi mümkündürmü?!
İslahat belə olur?!
Azərbaycan dövlət müstəqilliyi qazandığı vaxtdan başlayaraq guya elm sahəsində islahatlar gedir. Hanı o islahatların nəticəsi?! İnstitutları gah bölməklə, gah birləşdirməklə, gah da adını dəyişdirməklə, ayrı-ayrı şöbələri bağlamaqla, yeni-yeni şöbələr yaratmaqla islahat olur?! Akademiya rəhbərliyi bu gün söz sahibi olan 5-10 nəfər tarixçini, arxeoloq və ya etnoqrafı nə vaxt bir yerə yığaraq islahatla bağlı onların fikir və təkliflərini öyrəndi?! Bu cür anormal yanaşmanın nəticəsidir ki, islahat davam etdikcə institutların strukturu daha acınacaqlı vəziyyətə düşməkdədir. Bura sanki elmi müəssisə deyil, özfəaliyyət meydançasıdır! Acınacaqlı haldır ki, əksər hallarda elmin prioritetləri deyil, ayrı-ayrı şəxslərin istək və maraqları nəzərə alınmaqla yeni-yeni struktur bölmələri yaradılıb. Son bir neçə ildir ki, nəinki institut direktorları və ya onların müavinlərini, hətta şöbə və sektor rəhbərlərini belə birbaşa yuxarıdan, yəni AMEA rəhbərliyi tərəfindən təyinetmə praktikası hökm sürməkdədir. Bir də görürsən ki, neçə-neçə elmlər doktoru, professor, müvafiq sahə üzrə yetərincə püxtələşmiş mütəxəssis kadrların haqqı kobud şəkildə tapdanaraq yuxarıdan kiminsə oğlunu, qohumunu, tanışını bu və ya digər vəzifələrə təyin ediblər. Təkcə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun timsalında çoxsaylı belə ədalətsiz təyinatları saya bilərəm. Müvafiq təhsili, elmi dərəcəsi, idarəçilik səriştəsi olmayan belə bivec rəhbərlərlə elmimiz necə inkişaf etsin?!
Professor niyə sinif müəllimindən az maaş almalıdır?!
Hər kəs çox yaxşı bilir ki, Azərbaycanda, daha doğrusu AMEA-da elmi işçilər, bir sıra digər qurumlardakı (Məsələn, elə AMEA-nın Rəyasət Heyəti aparatında) xidmətçi, bağban, qarovul və sürücülərdən də az aylıq əmək haqqı alırlar. Çox hörmətli Elm və Təhsil nazirimiz Emin Əmrullayev birbaşa efirdən şəstlə bildirir ki, bizdə sinif müəllimləri professordan çox əmək haqqı alır. Əlbəttə, müəllimlərin, o cümlədən də sinif müəllimlərinin yüksək məvacib alması çox müsbət haldır. Mən bir qədər də irəli gedərək arzu edərdim ki, bizim müəllimlər də nə vaxtsa bəzi xarici ölkələrdə olduğu kimi 2000-5000 avro səviyyəsində əmək haqqı alsınlar. Amma bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, axı, professor nə üçün sinif müəllimindən ən azı 2 dəfə az aylıq əmək haqqı almalıdır?! Həmin sinif müəllimlərini yetişdirən, onların müəllimi olan professorun əməyinə, xidmətinə verilən dəyər budur?! Belə yanaşma olduğu halda hansı gənc elmə üz tutar?!
Rica edirəm, heç kəs bu cür anormal yanaşmanın dövlətimizin elm və təhsil siyasətinin göstəricisi olduğunu düşünməsin. Bu, sadəcə dövlətin və millətin prioritetlərini dərk etmək səviyyəsində olmayan bir para qeyri-peşəkar məmurların yanaşmasının bərbad nəticəsidir.
İxtisar da edə bilmirlər. Niyə?!
Təəccüblüdür ki, hər dəfə elmi işçilərin əmək haqqının aşağı olduğu dilə gətiriləndə həm akademiya rəsmiləri, həm də bu sahə ilə əlaqəsi olan digər yüksək çinli rəsmilər AMEA-da işçilərin sayının çoxluğunu, yetərincə ixtisarlar aparılmadığını əsas gətirirlər. Əzizlərim, axı bu bərbad vəziyyəti biz alimlər deyil, siz rəsmilər yaratmısınız! Elmə əsla dəxli olmayan çoxsaylı insanları akademiya divarları arasında siz işlə təmin etmisiniz. İxtisarlar aparmaq da sizlərin səlahiyyətinizə aid işdir. Amma ixtisar da edə bilmirsiniz. Çünki elmə əsla aidiyyəti olmayan o kəsləri nələrinsə müqabilində siz məmurlar AMEA institutlarında işlə təmin etmisiniz, belələrinin əyri yollarla alimlik diplomu almasına məhz sizlər yol açmısınız! Belə yanaşmanızla öz işinin fədaisi olan və eyni zamanda elm ətrafında baş verənlərin daha çox əziyyətini çəkən vicdanlı, cəfakeş və peşəkar alimlərə stress yaşatmısınız! Akademiyanı, onun institutlarını bu hala gətirməklə vicdanlı və fədakar alimləri də ictimai təzyiq və məzəmmət altına salmısınız! Axı, nəyə görə hər yerindən duranın, qananın və qanmayanın alimlərin ünvanına həqarət yağdırmasına şərait yaradırsınız?!
Səbəbkarlar və günahkarlar
AMEA-dakı bərbad rəhbərliyin acı nəticəsi olaraq bu gün Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adı bir sıra ağır cinayətlərdə hallanmaqdadır. Bunun günahı məgər arxeoloq alimlərdədir?! Bəli, arxeoloqlar arasında da əyri yolda olanlar, heç bir tədqiqat aparmadan ekspedisiyalar üçün ayrılan pulları saxtakarlıq yolu ilə mənimsəyənlər az deyil. Amma onları bu yola sövq edənlər, şirnikləndirənlər, oğurluq pulları onlarla bölənlər olmasaydı heç bu cür neqativ hallar da olmazdı. Təsəvvür edin, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara görə, bu və ya digər abidələrdə tədqiqat aparmaq məqsədilə arxeoloji ekspedisiyalar bir aylığa çölə ezam edilir. Özü də ekspedisiya rəhbəri tədqiqat müddətində abidələrin xarakterindən asılı olmayaraq müqavilə yolu ilə ən çoxu üç fəhlə işlədə bilər. Üç nəfər fəhlə ilə bir ay ərzində nə iş görmək olar?! Yaxud da üç nəfər fəhlə ilə şəhər qazıntısı aparmaq olar?! Qazıntıya cəlb olunan fəhləyə hər iş günü üçün 8 AZN ödəniş nəzərdə tutulur. Vergilər də tutulandan sonra fəhlə hər iş günü üçün təqribən 6 manat 40 qəpik əmək haqqı alır. İndi deyin, görək bu gün Azərbaycanda hansı fəhlə 6 manat 40 qəpiyə bir gün işləyər?! Özü də bütün günü torpaq qazsın, onu qazıntıdan kənara daşısın və s. Ona görə də arxeoloq məcburdur ki, ya heç bir iş görməsin, yaxud da fəhləni bir gün işlədib ona ən azı üç günün əmək haqqını ödəsin.
Arxeoloq maraqlıdır ki, ezamiyyətdə olduğu bir ay ərzində hansısa elmi nəticələr əldə etsin. Amma mövcud qaydaların yaratdığı bu cür məhdudiyyətlər şəraitində hansı ciddi elmi nəticədən söhbət gedə bilər?! Bəli, məhz nəticə əldə etmək naminə bəzi ekspedisiya rəhbərləri özlərinə və ekspedisiya üzvlərinə gündəlik xərclər üçün ayrılan ezamiyə pulundan belə müəyyən qədər qənaət etməklə heç olmazsa 7-8 fəhlə ilə işləməli olurlar. Hansı ki, bunun özü də qanun pozuntusudur! Bir daha təkrar edirəm ki, ekspedisiya rəhbəri nəfsi ucbatından deyil, məhz iş getsin, nəticə olsun deyə belə bir addım atmaq zorundadır. Amma heç bir iş görməyən, hansısa elmi nəticə barədə əsla düşünməyən, sadəcə saxta hesabatlar tərtib etməklə ayrılan pulları tam olaraq mənimsəyənlər də az deyil. Neçə illərdir ki, bu praktika davam edir. Hamı hər şeyi bilsə də, vəziyyətdən çıxış yolu barədə düşünən yoxdur.
Məlumat üçün bildirim ki, son illər Qəbələ, Ağsu, İsmayıllı və Şamaxı rayonları ərazisində aparılan tədqiqatlar zamanı mənim rəhbərlik etdiyim arxeoloji ekspedisiya çox ciddi elmi nəticələr qazanıb. Tədqiq etdiyimiz Orta əsr Ağsu şəhər yeri ölkə prezidentinin müvafiq Sərəncamı ilə Dövlət Qoruğu elan edilib. Cənab Prezident və birinci vitse-prezident Basqal və Pir Ömər Sultan ziyarətgahında apardığımız tədqiqatlarla tanış olmuş və görülən işlər yüksək dəyərləndirilib. Ötən il tədqiqini başa çatdırdığımız Kələxana türbələr kompleksinin bərpa və konservasiya edilərək qoruq elan olunması istiqamətində hazırda kompleks işlər gedir. Təbiidir ki, bütün bu işləri biz heç də 3 nəfər fəhlə ilə edə bilməzdik. Əgər Heydər Əliyev Fondu, Şamaxı Rayon İcra Hakimiyyəti, qeyri-hökumət təşkilatları olan SEBA və “Miras”ın dəstəyi və əməli köməyi olmasaydı, sözsüz ki, bu nəticələr də olmazdı.
Arxeoloq alimlər artıq neçə illərdir ki, onların elmi fəaliyyətinə buxov olan problemlərlə bağlı davamlı olaraq əlaqədar orqanlar qarşısında məsələ qaldırsalar da, öz narazılıqlarını bildirsələr də heç nə dəyişməyib. Sual olunur, bu problemləri kimlər həll etməlidir?! Bunu da arxeoloq alimlər etməlidir? Bəs onda müdiriyyət nə üçündür?! AMEA-nın Rəyasət Heyəti nə üçündür?! AMEA-nın prezitenti və bu sahəyə məsul olan vitse-prezidentlər nə üçündür?! Əgər illərlə yığılıb qalmış problemləri də həll edə bilmirlərsə, onda AMEA-nın Rəyasət Heyəti adlı qurumun vəzifə və funksiyaları nədən ibarətdir?!
Son vaxtlar AMEA rəhbərliyi səxavət kisələrini geniş açaraq “İlin alimi”, “İlin gənc alimi” və bu kimi tərifnamə, diplom və fəxri fərmanlar paylamaqla məşğuldur. Rica edirəm, aidiyyəti orqanlar qoy araşdırsınlar görək Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda kimlərə, kimlərin xanımına, kimlərin ailə üzvlərinə bu cür ödüllər verilib. Ayıb deyil?! İllərlə “işlədiyi” institutun yolunu belə tanımayan, hansı şöbənin əməkdaşı olduğunu bilməyən insanlar guya Qarabağda arxeoloji tədqiqatlar aparıb və AMEA rəhbərliyi də onların olmayan əməyini dəyərləndirib. Əslində həmin tərifnamə, diplom və fəxri fərman alan insanların bir qismi ömründə Qarabağda olmayıb, bəlkə də heç xəritədə belə onun yerini bilmir. Misilsiz şücaət və qəhrəmanlıq nümunəsi göstərməklə və çoxsaylı şəhid verməklə Qarabağı düşmən əsarətindən ona görə xilas etdik ki, kimlərsə orada alver etsin?! Ayıb deyil?! Bu dərəcədə də özbaşınalıq olar?!
Rəyasət Heyətinin vəzifə və funksiyaları nədən ibarətdir?!
Mənim bildiyimə görə ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanından sonra Rəyasət Heyəti aparatında bir dəfəyə 300 nəfərdən çox işçi ixtisar olunub. Bu qədər ixtisarlardan sonra belə orada yenə də 300 nəfərə yaxın işçi qalmaqdadır. Belə bir şişirdilmiş aparat kimə və nəyə lazımdır?! Onu saxlamağa nə lüzum?! Axı, AMEA-nın Rəyasət Heyəti elmlə məşğul olan qurum deyil. Orada vəzifə tutanlar hamısı məmur funksiyasını icra edir və elmi fəaliyyətlə məşğul olanlardan çox-çox yüksək əmək haqqı alırlar. Bu, normal haldırmı?!
Maraqlıdır ki, son illər AMEA Rəyasət Heyəti aparatı işçilərinin əmək haqları bir neçə dəfə artırılıb. Hansı ki, həmin artımların heç birisi AMEA institutlarının əməkdaşlarına şamil edilməyib. Beləliklə də, AMEA-da hətta mərkəz rəhbəri və ya şöbə müdiri olan elmlər doktoru və professorlar belə ayda vur-tut 500-600 AZN əmək haqqı alırlar. Kim deyə bilər ki, bu ədalətli yanaşmadır?! Əfsuslar olsun ki, Rəyasət Heyəti aparatı və İnstitut əməkdaşlarının əmək haqqları arasındakı illərdir davam edən bu kəskin fərq AMEA rəhbərliyini əsla düşündürmür. Çox güman ki, ölkə rəhbərliyi və şəxsən cənab Prezident elm adamlarının sosial vəziyyətinin nə yerdə olduğu barədə AMEA rəhbərliyi tərəfindən yetərincə məlumatlandırılmayıb. Bunu belə də başa düşmək olar ki, AMEA rəhbərliyi real vəziyyəti bilərəkdən ölkə rəhbərliyindən gizlədib.
Artıq neçə illərdir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstituna daxil olan büdcədən kənar vəsaitlərin 20 faizi AMEA-nın Rəyasət Heyəti tərəfindən qamarlanaraq müxtəlif istiqamətlərə yönəldilməkdədir. Xalq məsəlində deyildiyi kimi, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”. Halbuki, həmin pullar hesabına heç olmazsa 5-10 alimin illərdir ki, qoltuğunda gəzdirdiyi kitablarının əlyazması və ya maliyyə problemi üzündən nəşri dayandırılmış “Arxeologiya və Etnoqrafiya” jurnalı işıq üzü görərdi və s. Yəni, AMEA Rəyasət Heyətinin Azərbaycan elminə “töhfəsi”budurmu?!
Akademiyada ixtisarlar labüddür. Elm məbədimiz elmə əsla dəxli olmayan insanlardan nə qədər tez təmizlənərsə, bir o qədər işlərimiz tez sahmana düşər. Amma yuxarıda sadaladığımız səbəblər ucbatından AMEA rəhbərliyi bunu edə bilmir. Hadisələrin inkişafı göstərir ki, heç bundan sonra da edə bilməyəcəklər. Bunun üçün görünür ilk növbədə AMEA-nın Rəyasət Heyəti aparatının özünü tam tərkibdə ixtisar etmək gərəkdir. Fikrimizcə, növbəti addım olaraq İnstitut direktorları və yüksək reputasiyalı alimlərdən ibarət ictimai əsaslarla fəaliyyət göstərən yeni Rəyasət Heyəti formalaşdırıla bilər. Hansı ki, bu qurumun qərarları İnstitut və elmi bölmələr üçün daha çox tövsiyyə xarakterində olmalıdır. Bir halda ki, hər bir institutun ayrılıqda büdcəsi və mühasibatlığı var, bu halda həmin elmi müəssisələrin Rəyasət Heyəti kimi amorf bir üst qurumdan asılı olmadan müstəqil fəaliyyət göstərməsinə nə mane ola bilər?! Tam məsuliyyətlə deyə bilərəm ki, əgər Rəyasət Heyəti adlı baryer aradan götürülərsə və institutlara publik hüquqi səxs olaraq müstəqillik verilərsə, bu halda elmi araşdırmalar istiqamətində operativlik, çeviklik və səmərəlilik artar, bürokratik əngəllər yox olar, maliyyə resurslarının israfçılığı isə nəzərə çarpacaq dərəcədə azalar.
Fikrimcə, struktur islahatları kontekstində AMEA tərkibində olan bəzi elmi tədqiqat institutlarının qalıb-qalmaması məsələsinə də baxıla bilər. Axı, ayrı-ayrı yaradıcılıq ittifaqları ilə təmsil olunan istiqamətlər üzrə elmi tədqiqat institutlarının da olması nə dərəcədə məntiqə uyğundur?! Nəzərə alaq ki, Ədəbiyyat İnstitutunun, Folklor İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun məşğul olduğu istiqamətlər müəyyən mənada Yazıçılar Birliyi, Memarlar İttifaqı, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqının fəaliyyət istiqamətləri ilə üst-üstə düşür. Hansı ki, bu qurumların hamısı elmi axtarışdan daha artıq yaradıcılıq fəaliyyəti ilə məşğuldurlar. Elə isə niyə çoxsaylı əlavə resurslar məsrəf olunmalıdır?! Əfsuslar olsun ki, bütün bunlar barəsində hələ ki, nə düşünən, nə də irəliyə doğru bir addım atan var.
AMEA-da hələ də köhnə abu-hava hökmrandır
“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident fərmanının imzalandığı vaxtdan artıq 11 ay keçir. Bu müddət ərzində Elm və Təhsil Nazirliyinin strukturuna daxil edilmiş elmi müəssisələrin işinin nə yerdə olduğunu deyə bilmərəm, amma humanitar və ictimai elmlərdən ibarət olmalı olan Milli Elmlər Akademiyasında hələ də daha çox köhnə abu-hava hökmrandır.
Halbuki, vaxt itirmədən həddən artıq görüləsi işlərimiz var. Amma bürokratik əngəllər və ixtiyar sahiblərinin səriştəsizliyi ucbatından hətta peşəkarlar, iş görmək əzmində olanlar belə heç bir iş görə bilmir. Təsəvvür edin, il yarı olub, çöldə işləmək baxımından optimal müddət ötüb, amma hələ də arxeoloji ekspedisiyalar işə başlamayıb. İki ilə yaxındır ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu nəzdində Albanşünaslıq Elmi Mərkəzi yaradılıb. Lakin Mərkəzin kadrlarla komplektləşdirilməsi məsələsi hələ də həll olunmayıb. Müraciətlərimizə cavab olaraq bildirirlər ki, hələ ixtisarlar gedir, bu səbəbdən də yeni işçi götürə bilmirik. Bunu başa düşdük. Elə isə İnstitutun öz daxilində olan, lakin uyğun olmayan bölmə və şöbələrdə “işləyən” albanşünas kadrları necə, bir yerə cəmləmək olmaz?! Buna nə mane olur?
Dövrünün böyük mütəfəkkiri Volter yazırdı ki, “elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər”. Ziya Bünyadov, İqrar Əliyev, Əlövsət Quliyev, Əbdülkərim Əlizadə, Saleh Qazıyev, Məmmədəli Hüseynov, İshaq Cəfərzadə, Teymur Bünyadov, Osman Həbibbulayev, Qara Əhmədov, İdeal Nərimanov, Cabbar Xəlilov, İlyas Babayev, Vəli Əliyev, Rəşid Göyüşov kimi görkəmli tarixçi-arxeoloq alimlərimiz heç zaman mükafat üçün işləməyiblər. O fədakar insanların, sözün əsil mənasında elm fədaisi olan korifeylərimizin yolunu və işini bu gün də uğurla davam etdirən tarixçi, arxeoloq və etnoqraf alimlərimiz məgər azdır?! Kimlərsə əgər həmin tədqiqatçıları tanımırsa və onların tədqiqatlarından xəbərsizdirsə, bu artıq həmin şəxslərin öz problemidir. Ona görə də elm adamlarının ünvanına hər cür hədyan söyləyən “hərşeyşünaslar” bir balaca düşünsünlər. Gücləri çatmayan yükün altına girməsinlər! Nöqsan və çatışmazlıqlardan bəhs edərkən ünvanlı danışsınlar, qurunun oduna yaşı da yandırmasınlar! Heç olmazsa Həzrəti Peyğəmbərimizin alim və elm haqqındakı kəlamlarını yada salsınlar.
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Əlyazmalar İnstitutunun rəhmətilk direktoru Məmməd Adilov ərəb-fars dilini, əski əlifbanı bilən səriştəli adamları işə götürürdü. indiki rəhbər yoldan keçəni işə götürür, nə bilik var, nə bacarıq, nə əlyazma oxuya bilirlər, nə də tədqiqat apara.
Akademiyaya ehtiyac varmı...
Problemin çox sadə həll yolu var. VKeçmişi təmiz olan vicdanlı bir elm adamını AMEA-a prezident seçmək. Ayrı heç nə lazım deyil Hər şeyi VİCDAN özü həll edəcək.