Menu

Rusiya prezidenti Dağıstana “oxşar”ını göndərib? - İDDİA

29.06.2023, 11:54
Rusiya prezidenti Dağıstana “oxşar”ını göndərib? - İDDİA

Rusiya prezidenti Vladimir Putin ötən gün Dərbənd şəhərinə səfər edib. Lakin onun davranışı Kremlin indiyə qədər qəbul etdiyi karantin rejiminə uyğun gəlməyib. Bu, bəzi rusiyalı siyasətçilərin şübhələrini artırıb.

“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, bəzi tanınmış şəxslər Dağıstanda xalqla Putinin yox, onun oxşarının görüşdüyünü iddia ediblər.

Səfər zamanı Putin yerli sakinləri qucaqlayıb, təbliğatçıların kameraları qarşısında pozalar verib, həmçinin uşaqlarla selfi çəkdirməyə razılaşıb.

“İndi Putinlə selfilər təkcə Kadırov üçün deyil”, – təbliğatçılar “Telegram”-da yazıb.

Bütün bunlara əsasən belə qərara gəliblər ki, ümumiyyətlə, Dağıstana gedən Putin deyil.

“Niyə Putin Kremldə iki həftəlik karantindən sonra qonaqlarla və uzaq məsafədə görüşür. Dərbənddə isə sakitcə izdihamın içində olur və hətta bəzi vətəndaşları qucaqlayıb öpür? O, Putin deyil” – deyə, Dövlət Dumasının iki çağırış deputatı Viktor Alksnis Telegram-da bildirib.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol