Ermənistanın Baş naziri Nikol Paşinyan deyəsən, ABŞ və Avropada bəzi ermənipərəst dairələrin anti-Azərbaycan kampaniyasından vəcdə gələrək, “sülh göyərçini” obrazından imtina edir.

Bu gün keçirilən hökumətin iclasında onun səsləndirdiyi, reallıqlarla səsləşməyən bəyanatları belə nəticə çıxarmağa imkan verir. Əgər iki həftə öncə Paşinyan Azərbaycanla sülh müqaviləsinin alternativinin olmadığını, sülhün Ermənistanın milli təhlükəsizliyi üçün ən vacib amil olduğunu deyirdisə, bu gün həmin mövqeyini 180 dərəcə dəyişib. İndi o, Qarabağın məlum ərazindəki separatçı rejimin əsas müdafiəçisi cildinə girərək, Laçın yolu açılmazsa, sülh perspektivinin əlçatmaz olduğu haqda şantaja əl atır. Sanki bölgədə prosesləri yönəldən əsas ölkə Ermənistandır, onun mövqeyi hadisələrin inkişafını müəyyən edən aparıcı lokomativdir.

O, 2 ilə yaxındır davam edən danışıqların Azərbaycanın təqdim etdiyi gündəlik əsasında aparıldığını, yerdəki bütün proseslərin Bakıdan verilən qərarlar əsasında müəyyən edildiyini “unudub”. Bir də sülhün daha çox Ermənistana lazım olduğunu, Azərbaycan üçün bölgədə hərbi-siyasi şəraitin daha əlverişli olduğunu, həmçinin bu reallıqların İrəvana növbəti başağrısı verəcəyini görməzdən gəlir.

Baş nazir hökumət üzvləri qarşısında mikrofonlara deyib ki, Ermənistan sülh gündəliyinə sadiqliyini təsdiqləməkdə davam edir və rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti məhv etməyə yönəlmiş addımlardan çəkinməyə çağırır.

O, Qarabağdakı vəziyyətin ən yaxşı həllinin Azərbaycanın Laçın yolunun "blokadasının" götürülməsi, beynəlxalq mexanizm çərçivəsində Xankəndi-Bakı dialoqunun başlanması olduğunu iddia edib.

Paşinyan yenə "köhnə bayatıları" təkrarlayıb və iddia edib ki, guya, Qarabağda humanitar böhran dərinləşməkdə və genişlənməkdə davam edir.  O, erməni xislətinə uyğun olaraqBakının ünvanına  yalan və böhtanlar səsləındirib. 

2022-ci ilin dekabr ayından Azərbaycanın Laçın yolunu "bağladığını", Qarabağda qalan ermənilərə  tədarükü qadağan etdiyini, Xankəndindəki mağaza və apteklərdə xarici şirkətlərin məhsul çeşidlərinin olmadığını iddia edib. Hətta Bakının 2023-cü il iyunun 15-dən BQXK vasitəsilə Qarabağda qalan azsaylı ermənilərə humanitar yüklərin çatdırılmasını əngəllədiyinə dair "ağ yalan"  söyləməkdən belə çəkinməyib. 

Təxribat məqsədi ilə Xankəndinə göndərilən 19 yük maşınınınm Laçın yolu yaxınlığında dayanmasıni buna misal göstərib..

Baş nazir bir qədər də irəli gedərək beynəlxalq ekspert dairələrinin adından da fikirlər səsləndirib. İddia edib ki, guya, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmasını beynəlxalq ekspertlər BMT-nin 1948-ci ildə qəbul etdiyi “Hüquqların qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası nöqteyi-nəzərindən qiymətləndirilə bilər.

Xarici qüvvələrin əlində oyuncaq olan Nikol Paşinyanın dəyişkən mövqeyi bölgədə destabilzasiya risklərini artırır və münaqişənin dondurulmasına çalışan Rusiyanın əlinə kart-blanş verir. Bunun əksinə, tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün böyük səylər göstərən Vaşinqton və Brüsseli növbəti dəfə çətin vəziyyətə salır. 

Bu gün danışıqlar masasında nə Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi, nə  Xankəndindıki “humanitar böhran” məsələsi var. Danışıqlar Azərbaycanın təqdim etdiyi 5 əsas baza prinsipləri əsasında aparılır. 

ABŞ  və Brüssel bu gündəliyi dəstəkləyir və onların əsasında kompromislərin əldə olunmasına çalışır. Ancaq Rusiya və Fransa kimi bəzi təxribatçı Qərb ölkələri  sülhün yaranmasının  qarşısını alan addımlar atırlar. Paşinyan da növbəti dəfə destruktiv mövqeyə keçid etməklə ABŞ və Avropa ittifaqının səylərini heçə endirir, Rusiya və fransanın mraqlarından çıxış edir. 

Ancaq unudur ki,  Azərbaycan N.Paşinyanın prosesi növbəti dəfə pozmasını cavabsız qoymayacaq. Ermənistanın təxribatlarının qarşısını  sərt şəkildə alacaq.  Necə ki, ötən ilin avqust və sentyabr aylarında Ermənistan üçün belə bir acı təcrübə yaşanıb.

Rasim Əliyev

“AzPolitika.info”