“Gününsəsi.info” saytının baş redaktoru Pərviz Həşimlinin baqajı “Türk Hava Yolları” şirkətinə məxsus təyyarədə itib.
Bu barədə “AzPolitika.info”ya baş redaktorun özü bildirib.
Onun sözlərinə görə, Almaniyanın Frankfurt şəhərindən Azərbaycana gələrkən təyyarəyə yüklənməsi üçün təhvil verdiyi bağlamalardan biri yoxa çıxıb:“Türk Hava Yolları” 20 kiloqramlıq yüküm üçün əlavə 240 avro aldı. Lakin Azəbaycana gəldiyimdə məlum oldu ki, yüklərdən biri yoxdur”.
Baş redaktor bildirib ki, “Türk Hava Yolları” şirkətinə müraciət etsə də, hələlik heç bir cavab ala bilməyib.
“Sistemdə görünür ki, təyyarəyə yüklənməsi üçün təhvil alınan “baqaj” hava limanında olub. Ancaq 2 sutka keçməsinə baxmayaraq yükün hansı ölkəyə göndərildiyi, yaxud Frankfurtda hava limanında qaldığı barədə məlumat ala bilmirəm”, - P.Həşimli əlavə edib.
“AzPolitika.info”


Şərhlər