“Rusiyanın “Dojd” telekanalının uzun illər Kremlin nəzarəti altında fəaliyyət göstərməsi artıq şübhə doğurmur. Əgər Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzündən əvvəl onlar hansısa yolla özlərini “müstəqil” kimi qələmə verməyə çalışırdılarsa, 2022-ci il fevralın 24-dən sonra həm bu müharibə, həm dəQarabağ məsələsi ilə bağlı obyektiv görüntünü dayandırdılar”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus “Facebook” hesabında yazıb.
Ekspert təəssüflə qeyd edir ki, Ukraynanın bəzi ictimai-siyasi xadimləri hələ də ölkəsinə düşmən münasibət bəsləyən bu telekanalın efirinə çıxmaqda davam edirlər.
“Bu da həm Ukraynanın özündə, həm də dostları arasında kifayət qədər ciddi suallar doğurur”, - o əlavə edib.
R.Yunus həm Ukrayna, həm də Azərbaycan vətəndaşlarını Kremlin təbliğat maşınına qarşı siyasi həmrəylik nümayiş etdirməyə, bütün internet resurslarında abunəliyini dayandırmağa və telekanala qarşı boykot kampaniyasına başlamağa çağırıb: “Ukrayna və Azərbaycanın dövlət orqanlarına təklif edirəm ki, öz ərazilərində bu düşmən və ikiüzlü kanalın yayımını əngəlləsinlər. Romain Rollandın dediyi kimi: "Münafiq həmişə quldur" və bu deyim muzudlu "Dojd" telekanalının aparıcılarına olduqca mükəmməl uyğun gəlir”.
“AzPolitika.info”


Şərhlər
Çox sağ olun Ramiz müəllim, Vətənpərvər mövqeyinizə görə...
Beynəlxalq Dəyərli Eksport, Hüquq Müdafiəçisi, Siyasi Analitik Cənab Yunus R. müəllim, gündəm və siyasi durum şəxsən Sizdən əski hərbi soyqırım terror yuvası DQMV sovetliyində qalmış ermənilərin hər iki tərəfin tam uzaq təhlükəsizliyi üçün orada qalmış ermənilərin Ermənistana deporta adekvat köçürülməsinə Petisiya təşkil etmənizi diktə və təklif edir.