“Vaqner”in lideri Yevgeni Priqojinin ölümü Vladimir Putini zəiflədib.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov Almaniyanın “WELT” nəşrinə müsahibəsində deyib.
Reznikov bildirib ki, Priqojinin ölümü bütün dünyaya göstərdi ki, Putinlə əldə olunan hər hansı razılaşmaya etibar etmək olmaz.
Onun sözlərinə görə, Kreml bir daha nümayiş etdirdi ki, onlar özlərini quldur və cinayətkar kimi aparırlar.
“Bu, quldurlara xas bir davranışıdır. Kreml özünü quldur, cinayətkar kimi aparır. Bir il əvvəl ciddi qüvvə hesab edə biləcəyimiz “Vaqner” qrupu artıq yoxdur. Onlar sındırılıb”, - müdafiə naziri bildirib.
“AzPolitika.info”


Şərhlər
Sizin bu sayt ağzına gələni yazır, dünyadan bixəbərlər isə bəh bəhlə bu yalan məlumatları oxuyurlar, gedin özünüzə başqa iş tapın