Ötən ay Rusiya lideri Vladimir Putin tərəfindən vəzifəsindən uzaqlaşdırılan və “Vaqner”-in lideri Yevgeni Priqojinin ölümündən sonra taleyi maraq doğuran məşhur general Sergey Surovikinin yeni fotosu yayılıb.
“AzPolitika.info” xəbər verir ki, paylaşılan fotoda Surovikinin həyat yoldaşı Anna Surivikina ilə birlikdə olduğu görünüb.
Xatırladaq ki, “Vaqner”-in Rusiyadakı məlum üsyanından sonra Rusiya mətbuatında Surovikinlə bağlı bir sıra iddilar ortaya çıxıb. Yayılan xəbərlərdə Surovikinə qarşı istintaq başladıldığı və onun ev dustaqlığında olduğu bildirilib. Bəziləri isə Surovikinin sonunun Priqojin kimi olacağını iddia ediblər
Qeyd edək ki, Rusiya dövlətinə yaxın jurnalistlərdən olan Kseniya Sobçak bu barədə paylaşım edib və Surovikinin sonunun Priqojin kimi olması ilə bağlı şayiələri təkzib edib.
“General Surovikin sağ və sağlamdır. O, ailəsi ilə birlikdə Moskvadadır. Şəkil bu gün çəkilib”,-deyə o bildirib.
“AzPolitika.info”


Şərhlər