Menu

“Paşinyanla danışmaq olar, amma Makronsuz...” – “Baş nazir müharbənin bir addımlığında olduğunu görür”

09.09.2023, 15:20
“Paşinyanla danışmaq olar, amma Makronsuz...” – “Baş nazir müharbənin bir addımlığında olduğunu görür”

Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeyində ziqzaqlar davam edir. Sərhəddə Azərbaycana qarşı təxribatlara Bakıdan verilən kəskin reaksiya onu mövqeyini bir daha dəyişməyə vadar edib. Paşinyan bu gün Fransa Prezidenti ilə telefon danışığndan sonra Brüssel formatına qayıtmağa və Azərbaycan Prezidenti ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib.

Rəsmi Bakı Nikol Paşinyanla yenidən masa arxasında otura bilərmi?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Ermənistanın Baş naziri Prezident İlham Əliyevlə görüşə ona görə ehtiyac duyur ki, iki ölkə arasında yeni müharibənin bir addımlığına yaxınlaşdığını anlayır. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla müharibə istəmir, Qarabağın tamamına nəzarəti bərpa etməyə çalışır. Ermənistan isə separatçıları qurtarmaq üçün sərhəddə qoşunlarını toplayır: “İrəvan bununla demək istəyir ki, Azərbaycan ordu birlikləri Xankəndinə daxil olarsa, Azərbaycana zərbə endirəcəklər. Ancaq Paşinyan bunun Ermənistana baha başa gələcəyini də anlamamış deyil. Çünki növbəti müharibə Ermənistan ərazisinə inikas olunacaq. Ona görə də, Paşinyan təcili danışıqlara ehtiyac duyur”.

Ekspert vurğulayır ki, danışıqlara razılaşmaq olar, sadəcə Fransa Prezidenti Emmanuel Makron vasitəçi olmamalıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol