Menu

Suraxanıda tələbə adı qazanmış gənclərlə görüş keçirilib.- FOTOLAR

12.09.2023, 14:37
Suraxanıda tələbə adı qazanmış gənclərlə görüş  keçirilib.- FOTOLAR

Suraxanıda 2022/2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış bu rayonun orta məktəb məzunları ilə görüş keçirilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə rayon seçicilərini Milli Məclisdə təmsil edən millət vəkili Etibar Əliyev “facebook” səhifəsində yazıb. Deputat qeyd edb ki, tədbirə Suraxanı rayonunun icra başçısı Əziz Əzizov və deputat həmkarı Sevinc Fətəliyeva ilə birlikdə qatılıblar.

“Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin heykəlinin önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad etdik. Çıxışım zamanı yenicə tələbə adını qazanmış gənclərimizə həyatlarının və təhsillərinin gələcək mərhələləri üçün tövsiyyələrimi verdim” - deyə, millət vəkili yazıb.

E.Əliyev vurğulayıb ki, Suraxanı rayonunun məktəbləri ötən tədris ilində də yüksək nəticələr göstəriblər: “Dahi Öndər Heydər Əliyev "Təhsil millətin gələcəyidir" deyirdi. Bəli, yüksək təhsili olan cəmiyyət, dövlət hər zaman güclü olur. Tələbə adını qazanmış bütün gənclərimizi təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayıram”.

Millət vəkili təşkilatçılığı yüksək səviyyədə təmin etdiyinə görə icra başçısı Əziz Əzizova təşəkkür edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol