Qərb Ukraynaya yardımı kəsmək fikrində deyil, amma onun nə qədər davam edəcəyini də söyləmək çətindir.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov “The Economist”-ə müsahibəsində deyib.
Budanov qeyd edib ki, Ukraynanın daxili resursları Rusiya ilə mübarizə aparmağa yetəcək qədər deyil. Xarici resursların davamlılığı isə sual altındadır: “Biz xarici oyunçulardan asılıyıq. Rusiya isə əsasən özündən asılıdır. Beləliklə də uzun müharibə Ukrayna üçün təhlükəlidir. Çünki o, təkcə Ukraynanın daxili resursları deyil, Qərb tərəfdaşlarının resurslarını da tükəndirir”.
Bununla yanaşı, Budanov qeyd edib ki, Qərb tərəfdaşlarının hərbi anbarları “heç də boş deyil”. Lakin Qərbin Ukraynaya nə qədər davamlı şəkildə hərbi yardım edəcəyini söyləmək çətindir.
“AzPolitika.info”


Şərhlər