Azərbaycanda yaşayan Trabzonlu İş adamları bir araya gələrək Azərbaycan Trabzon İş Adamları Platforması (TİAP) yaradıblar.
Bu barədə platformanın qurucuları məlumat yayıb:
"Qardaş ölkə Azərbaycanda uzun illərdir ki, ticari fəaliyyətlərini davam etdirərək, həm Azərbaycan iqtisadiyyatına dəstək verən, həm də Ana Vətən Türkiyə ilə qardaşlıq körpüsünün sağlam təməllər üzərinə qurulmasında fayda verən bizlər, bu qardaşlıq və ticari əlaqələrimizi daha da möhkəmləndirmək, Trabzonlular olaraq həm bölgəmizin iş adamları ilə birləşmək, ortaq fikirlər ilə layihələr yaratmaq, yaxşı və ya pis günlərimizdə birlik, bərabərlik içində hərəkət etmək, həm də mədəniyyətimizi burada yetişən yeni nəsillərə ötürmək adına tədbirlər və kurslar təşkil etmək məqsədilə Azərbaycan TİAP-ı quraraq bir müstəvi altında toplanmanın qüruru və həyəcanı içərisindəyik.
Trabzon mədəniyyətini Azərbaycanda yaşatmaqla yanaşı, bölgəmizdən gələcək iş adamlarımıza yol göstərici bir fənər olmağı hədəfləyərək, bürokratiyadan təhsilə, ticarətdən mədəniyyətə, gənclik fəaliyyətlərinə qədər bir çox mövzuda gerçəkləşdirəcəyi seminar və tədbirlərlə Azərbaycan xalqının da inamıyla platformamızın gələcəkdə daha da böyüyəcəyinə,
İKİ DÖVLƏT TƏK MİLLƏT düsturu ilə hərəkət edəcəyinə inancımız tamdır.
Təmiz niyyətlərlə çıxdığımız bu şərəfli yolda ALLAH yar və yardımçımız olsun."
AZƏRBAYCAN TRABZON İŞ ADAMLARI PLATFORMU ( TİAP ) quruluş mərhələsində təxmini 61 Trabzonlu iş adamı ilə fəaliyyətlərinə start verib.


Şərhlər