Məlum olduğu kimi, sentyabrın 25-də Xankəndidəki yanacaq doldurma məntəqəsində baş verən partlayışda xeyli sayda yaralanan və ölən olub. Xüsusilə də sosial şəbəkələrin erməni seqmentində bu partlayışın guya diversiya nəticəsində baş verdiyinə, Azərbaycan tərəfinin bu işdə əli olduğuna dair yalan iddialar yer alıb.
Lakin keçmiş separatçı qurumun sabiq təmsilçilərinin özləri etiraf edirlər ki, partlayışa Azərbaycanın heç bir aidiyyatı yoxdur.
“AzPolitika.info” xəbər verir ki, Qarabağdakı sabiq qondarma separatçı qurumun sabiq “naziri” David Babayan Ermənistan mətbuatına açıqlamasında partlayışın yerli ermənilərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, deyib ki, partlayış “cinayət səviyyəli səhkənkarlığın” nəticəsidir.
Babayan bildirib ki, hadisə ilə bağlı rəsmi araşdırma aparmağa ehtiyac olsa da, hazırda bunu etmək imkanına malik deyillər. Lakin buna baxmayaraq, onun fikrincə, üzdə olan aşkar faktlara görə, bu hadisənin diversiya olması ehtimalı sıfıra yaxındır.
“AzPolitika.info”


Şərhlər