Üç tanınmış Kreml təbliğatçısının yaşadıqları mənzillərin qapısına kəsilmiş donuz başı atılıb.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu hadisə özünü filosof və publisist kimi təqdim edən imperiyaçı Timofey Sergeytsev, hərbi ekspert Konstantin Sivkov və Mixail Tereşenkonun başına gəlib. Hər üç “rus dünyası aşiqi”nin ciddi təlaş içində olduğu bildirilir. Belə ki, bundan öncə telefon zəngləri ilə onlara hədə-qorxu gəlinib. Kəsilmiş heyvan başı isə onların qətlə yetiriləcəyinə dair siqnal kimi qəbul olunur. Xəbərdə bildirilir ki, hüquq-mühafizə orqanları hər üç hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, xüsusilə Timofey Sergeytsev özünün qatı imperiyaçı baxışları ilə seçilir və Ukraynanın məhvini tələb edən yazılarla çıxış edir. Onun “Rusiya Ukrayna ilə nə etməlidir” başlıqlı böyük məqaləsi ötən ilin aprelində böyük səs-küyə səbəb olmuşdu.
“AzPolitika.info”


Şərhlər
Heyif o donuzlara ,elə bunların başı kəsilib Kremlin Qırmızı Meydanına atılmalıdır,Putin Kremlə gedəndə görə bilsin