Menu

“Putin Ermənistana getməyə can atmırdı” – “Bu, əlbəttə ki, təhqirdir”

04.10.2023, 12:08
“Putin Ermənistana getməyə can atmırdı” – “Bu, əlbəttə ki, təhqirdir”

Ermənistan parlamentinin Roma statutunu qəbul etməsi Rusiya rəhbərliyini və Kremlə yaxın siaysi isteblişmenti tamamilə hövsələdən çıxarıb. Son iki gündə Paşinyan hakimiyyətinin və ümumilikdə Ermənistanın ünvanına yağdırılan təhdid və təhqirlərin sayı-hesabı yoxdur. Eyni zamanda, Rusiya özünün Gümrüdəki hərbi bazasında təlimlər keçirmək qərarına gəlib və hələ ki, sahədə Paşinyan hakimiyyətinə bu cür cavab verməyə çalışır.

“AzPolitika.info” xəbər verir ki, Rusiya Dumasının MDB məsələləri komitəsinin sədr müavini, qatı şovinist, uzun illər açıq ermənipərəst və anti-Azərbaycan mövqeyilə seçilən deputat Konstantin Zatulin İrəvanın Roma statutunu qəbul etməsini Rusiyaya və şəxsən Vladimir Putinə qarşı ağır təhqir olduğunu bildirib. Zatulin erməni mətbuatına açıqlamasında deyib ki, Ermənistanın indiki hakimiyyəti bununla da Putinin Ermənistana girişinə qadağa qoymağın yeni üsulunu tapıb.

O, xatırladıb ki, daha öncə Paşinyan hakimiyyəti Zatulin də daxil olmaqla, bəzi Rusiya deputatlarının, həmçinin, Kremlin təbliğatçısı Marqarita Simonyanın və Aram Qabrelyanovun Ermənistana girişinə qadağa qoymuşdu. İndi isə növbə Putinə çatıb: “Məlum məsələdir ki, prezidentin girişinə qadağa qoymaq olmaz. Ona görə də qərara gəliblər ki, bu formada qeyri-müəyyənlik və şübhələr yaratsınlar. Düşünmürəm ki, Putin yaxın gələcəkdə Ermənistana səfər etməyə can atırdı. Özü-özlüyündə bu, əlbəttə ki, təhqirdir”.

Zatulin qeyd edib ki, bununla və daha öncəki bəyantları ilə Ermənistan hakimiyyəti Rusiyaya meydan oxumaq kursunu tutur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol