Azərbaycan ermənilərlə birgəyaşayışla bağlı addım atmaqla elan etdiyi prinsiplərə sadiqliyini nümayiş etdirir. Artıq Qarabağdakı ermənilərin reinteqrasiyası prosesinə başlanıb və ermənilərlə birgəyaşayış reallaşır.
Hələki 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət etməklə Azərbaycan vətəndaşlığını qəbul edib. İstənilən halda birgəyaşayışın reallaşması uzun çəkən proses olacaq.
Bəs, biz buna psixoloji cəhətdən hazırıqmı?
Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, keçmiş təhsil naziri Misir Mərdanov "Bizim.Media"-ya açıqlamasında bildirib ki, birgəyaşayış istənilən halda çətin olacaq: "Bu məsələ həddindən artıq dərinləşib və 30 il davam edib. On minlərlə qan tökülüb. Elə bir azərbaycanlı ailə ola bilməz ki, müharibədə bu və ya digər formada oğlunun, qohumunun, qardaşının və ya yaxın adamının qanı tökülməsin.Əlbəttə bir azərbaycanlı kimi düşünürəm ki, birgəyaşayış elə də asan olmayacaq.
Bu dəqiqə kim erməni ilə qonşu olmaq istəyər? Amma dünya, beynəlxalq aləm və siyasət var. Azərbaycan prezidentinin xalqımıza dediyi sözü öz fikirlərimlə mən də qeyd etmək istəyirəm. Biz dünyaya bəyan edirik ki, ermənilərin tayı deyilik və humanist xalqıq. Hətta bu qədər qan tökülməsinə, günahsız insanların ölümünə və dağıntıların olmağına baxmayaraq yenə də əvvəllər olduğu kimi Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər əgər Azərbaycanın konstitusiyasını qəbul etsələr, özlərini ölkəmizin vətəndaşı hesab etsələr, qayda-qanunlarımıza əməl etsələr, onlarla bir yerdə yaşaya bilərik. Ona görə də bu məsələ zaman alacaq. Amma başqa yol da görmürəm.
Görürsünüzmü, cəmi 15 erməni Azərbaycan vətəndaşlığını qəbul edib. Onlar üçün də birgəyaşayış çətindir. Törətdikləri hadisələri yaxşı xatırlayırlar və bilirlər ki, övladını öldürdüyü insanla necə gəlib qonşu olacaq? Yaxud, Xocalı faciəsini törədən, Gəncəyə raket atıb günahsız uşaqları qıranlarla biz necə qonşu ola bilərik?”

Şərhlər
A balam,niyə təəccüblənirsiniz?1918-ci ildə təkcə Bakıda Şaumyan 11000-dən çox müslimanı qırmamışdımı?Şamaxıda,Qubada,Qarabağda on minlərlə insanlarımızı qırmadılarmı?Amma iki il sonra bolşeviklər gəldi,bizdə sovetləşmə oldu,ardınca da ermənistanı sovetləşdirdilər,daha bir qədər keçdi,başladıq dostluğumuzun şəninə nəğmələr deməyə.”Kür Araz Alazan,Gözəldir bu həyat,Qardaş olub Haystan,Azərbaycan”.Hər şeyi elə unutduq ki,hansı upravleniyaya,trestə,nazirliyə-filana getdik,gördük katibə də ekstravaqant erməni gözəlidi,buxqalter də.Maşın da alıb bağışladıq onlara,ev də bağışladıq,vərəsəmiz də etdik.Canım canına dəysin,çıqq eləsin dedik,hamısı Azərbaycanca danışmağa ikrah edib rusca danışmağa keçmişdi deyə biz də onlarla mazaxlaşanda rusca danışmağa başladıq ki,bizə çuşka deməsinlər.Bir də gördük,ədə, şəhərdə o boyda Zavağzalnı,Montin,Kirov qəsəbəsi əsasən onlardan ibarətdir ki.Bircə Əhmədlidə,Vosmoyda az idilər,çünki Əhmədli-Vosmoy uşaqları cin kimi şeylər idi,erməni başını qaldıra bilərdimi o yarıqaranlıq məhlələrdə?O saat xırdalıyıb niprav çıxardıb minərdilər.
Belə hal qeyrətsizlik və namussuzluğun real nəticəsi ola bilər.Necə ola bilər ki, azərbaycanlıya silah qaldıran,məhv edən,ağla sığmayan cəzaya məruz qoyan erməni xainləi yenidən yanımızda olsun.Bu qeyrətsizlik sayılmazmı?Əksinə onları qisas gözləyir.
Misir müəllim nəinki Qrabağdakl,hətta Azərbaycanda qalan erməniləri (onlar potensial düşməndirlər),hətta ermənilətlə qarışıqları belə Azərbaycandan çıxamaq vaibdir.Onların Azərbaucana,Azərbaycan türkünə,Aərbaycan torpağına mənfəəti olmayıb və olmayacaq.Hələ ən pisi isə 1993-cü il ərmanl ilə ad-soyadını dəyişib aralarımızda qalanlar bir yana.Görün bu Azərbaycanlaşdırma Fərmanı nə qədər erməni və yezidi kürd əsilli insanlara azərbaycanlı adları yapışdırıb kmliklər payladılar.Dəhşət! Niyə bu məslə qaldrılmır?