Menu

“Rusiya buna görə cavab verəcək...” - İsrailin hakim partiyasının üzvü Moskvanı təhdid edib

20.10.2023, 10:17
“Rusiya buna görə cavab verəcək...” - İsrailin hakim partiyasının üzvü Moskvanı təhdid edib

Rusiyanın HƏMAS-ın İsrailə qarşı hücumuna münasibəti İsraildə böyük hiddətlə qarşılanıb. Artıq bir çox rəsmi şəxslər bu mövqeyinə görə Moskvanı tənqid edir. Kremlin demək olar, açıq şəkildə HƏMAS-ı müdafiə etməsi israillilər üçün bir qədər gözlənilməz olmaqla yanaşı, İsraillə Rusiya arasında münasibətlərin də gərginləşməsinə səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “RT” kanalına açıqalma verən İsrailin hakim “Likud” partiyasının fraksiya rəhbəri Amir Vaytman Rusiyanı kəskin şəkildə tənqid, hətta təhdid edib.

Vaytman bildirib ki, İsrailə qarşı hücumu həyata keçirən qüvvələrin himayədarlarından biri də Rusiyadır: “Siz çox ehtiyatlı olmalısınız. Bu, müıyyən vaxt aparacaq, amma biz bu müharibəni bitirəcəyik, biz qalib gələcəyik, çünki güclüyük. Rusiya İsrailin düşmənlərini, bizə qarşı soyqırım törətmək istəyənləri, nasistləri dəstəkləyir. Biz sizin nə etdiyinizi unutmayacağıq. Bizim xalqımız sizin proksilərinizin soyqırımına məruz qalır...”

Hakim partiyanın təmsilçisi bildirib ki, İsrail bundan sonra Ukraynaya açıq və güclü dəstək göstərməklə Rusiyaya ağır cavab verəcək: “Biz bu müharibəni qazandıqdan sonra Ukraynanın da qələbə çalması üçün çalışacağıq”.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol