Menu

“Bu, fəlakətli səhvdir...” - Ukrayna İlon Maskın “təklifinə” cavab verdi

24.10.2023, 18:09
“Bu, fəlakətli səhvdir...” - Ukrayna İlon Maskın “təklifinə” cavab verdi

Xəbər verildiyi kimi, dünaynın ən zəngin adamlarından biri, milyarder İlon Mask 3-cü dünya müharibəsinə yol verməmək üçün ABŞ-ni Rusiya ilə əlaqələri normallaşdırmağa və Ukraynanı ərazi güzəştinə vadar etməyə çağırıb.

“Ukraynadakı müharibə ümidsiz vəziyyətdədir”, - deyə bildirən Mask problemin həlli üçün Ukraynanın öz ərazilərinin işğalı ilə barışmalı olduğuna eyham vurub. Onun fikrincə, Ukraynadakı hazırkı təmas xətti atəşkəs xəttinə, hətta dövlətlər arasında sərhədə çevrilə bilər.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Maskın təklifini “fəlakətli səhv” adlandırıb: “O, öz mühakimələrində prinsipial səhvə yol verir. Mask hesab edir ki, Ukraynanın Rusiyanın soyqırımının “bıçağının altına verilməsi” müharibənin sonuna və əbədi sülhə gətirəcək. Bu, fəlakətli səhvdir”.

Podolyak bildirib ki, Ukraynanın məğlubiyyəti bütün dünyada münaqişələri gücləndirəcək, beynəlxalq hüququ məhv edəcək və bütün dünyada işğalçılıq meyllərini artıracaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol