ABŞ komandirlərinin İsrail Müdafiə Qüvvələrinə məsləhət vermək üçün bölgəyə göndərildiyi bildirilir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rayder qeyd edib ki, bu komandirlər əməliyyatlara rəhbərlik etmək üçün yox, şəhər döyüşləri ilə bağlı öz təcrübələrini bölüşmək üçün İsrailə yollanıblar.
“Onlar heç bir şəkildə əməliyyatlarda fəal iştirak etmirlər. İraq kimi əhalinin sıx məskunlaşdığı ərazilərdəki əməliyyat təcrübələrimizi nəzərə alaraq, dinc əhali arasında itkiləri azaltmaq üçün öyrəndiklərimizi paylaşmağın vacibliyinə inanırıq”,-deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər