İki gün öncə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun dediyi fikirlər sosial şəbəkələrdə böyük rezonans doğurub və birmənalı qarşılanmayıb.
QSC sədri pandemiya dövründə yaranan çətinlikləri əsas gətirərək, sərnişindaşıma sayının aşağı düşdüyünü və metroplitenin işində ciddi problemlərin yarandığını bildirib. H. Məmmədovun: “Bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub” cümləsi isə cəmiyyətdə şok effekti yaradıb.
Bu açıqlamanın ardından sosial şəbəkələrdə metronun qiymətinin 70 qəpik olacağına dair müxtəlif iddialar ortaya atılıb, əsassız fikirlər irəli sürülüb.
Diqqət çəkən məqamlardan biri də “Bakı Metropoliteni” nəinki pandemiyadan sonra, elə əvvəl də ziyanla işləməsidir. Bunu biz yox, qurumun rəsmisi H. Məmmədovun özü deyir. O, qeyd edir ki, 2018-ci ildə metro ilə bir sərnişinin daşınma xərci 51 qəpik, 2019-cu illdə isə 50 qəpik təşkil edib.
Daha sonra pandemiya dövrü başlayıb, qapanmalar olub və sərnişindaşımanın maya dəyəri bir andaca 51 qəpikdən 1 manat 54 qəpiyə yüksəlib. 2021-ci ildə müəyyən yumşalmalar olsa da, pandemiya dövrü davam edib və sərnişindaşıma xərci 97 qəpiyə başa gəlib.

İndi isə hər il ən azı 3-4 dəfə verilən mesajlardan növbəti biri ortaya atılıb ki, “Ötən il 68 qəpikdən sərnişin daşımışıq və bu bizə xeyir etmir”.
Maraqlıdır necə olur ki, digər ölkələrin metro sistemi hər il ölkə iqtisadiyyatına böyük məbləğlərdə xeyir verdiyi halda, bizim “Bakı Metropoliteni”miz ziyanla işləyir? Yeri gəlmişkən, bu ilin yanvar ayından metronun qiyməti 30 qəpikdən 40 qəpiyə artırılıb. Başqa sözlə, bu ilin yanvar-sentyabr aylarında 156 milyon 790 min 534 sərnişin daşıyan “Bakı Metropoliteni” mövcud artımla birlikdə əlavə olaraq 15 milyon 679 min manat qazanc əldə edib. Ancaq bu da qurumun işinin faydalılıq əmsalına təsir etməyib.

Başqa bir qaranlıq məqam isə ortaya atılan bu rəqəmlərin şəffaflığıyla bağlıdır. Yəni, bu gün “Bakı Metropoliteni” hansı dəqiq hesablamalar, auditlər və yoxlamalar əsasında deyə bilir ki, sərnişindaşıma 68 qəpiyə başa gəlir. Axı necə olur ki, metro tarixinin ən çox sərnişin daşındığı 2019-cu ildə də (236 milyon 681 min 650 sərnişin-red.) bu qurum 50 qəpikdən işləyir və ziyana uğrayır. Halbu ki, qurumun rəsmiləri özləri deyirlər k, metrodakı vəziyyət sərnişin sayı ilə bağlıdır. Əgər belədirsə, niyə 2019-cu ildə “Bakı Metropliteni”ndə sərnişindaşıma 50 qəpiyə başa gəlib? Hər halda qaranlıq suallar, gizli qalan məqamlar kifayət qədər çoxdur.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda metronun qiyməti ucuzdur:“Metro avadanlıqlarını Azərbaycan özü istehsal etmir. Vaqonlar xaricdən alınır, elektrik enerjisinin isə qiyməti dünya bazarında formalaşır. Bu baxımdan metrodan istifadə edən sərnişin öz cibindən 40 qəpik verirsə, dövlət mütləq şəkildə bu pulun üzərinə 10 qəpik, bəlkə də daha az, ya da daha çox pul qoyur. Digər ölkələrdə metro sisteminin xeyirlə işləməsi qiymətlərin yüksək olmasıyla əlaqədardır. Məsələn, qonşu Rusiyada, Çində və Avropada metro qiymətləri dəfələrlə bizdən bahadır. Digər tərəfdən varlı ölkələrə xarakterik olan metro bahalı nəqliyyat növüdür və böyük investisiyalar tələb edir”.

Ekspert qeyd edir ki, dövlət qurumlarına inam olmadığından insanlar açıqlanan rəqəmlərin həqiqiliyinə şübhə ilə yanaşırlar: “Dövlət qurumlarına inam olmadığından qəti fikir söyləmək olmur. Çünki zaman-zaman bu qurumların məmurlarının özü də təkcə rəhbər heyətin yox, bütün kollektivin varlandığını və çox yaxşı yaşadıqlarını görürük. Bu səbəbdən cəmiyyətdə bu cür qurumların yaxşı idarə olunduğuna, xərclərinin düzgün idarə edildiyinə dair suallar var. Dövlət müəssisələrinin idarəetməsində ciddi problemlər olduğuna görə, mümkündür ki, sərnişindaşıma 68 qəpiyə yox, daha ucuz qiymətə başa gəlsin. Amma bu ehtimal da ciddi araşdırmalar tələb edir. Digər tərəfdən, 68 qəpiyin formalaşmasına həm də metrostansiyaların tikintilərinə yatırılan pullar da daxildir. Burada da bu tenderlərin nə cür şəffaf görüldüyü məlum deyil. 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqi yaradılarkən arqument kimi bu götürülmüşdü ki, dövlət şirkətləri yaxşı idarə edilmir, orada korporativ idarəetməni yaxşılaşdırmaq, ümumi şəkildə bəzilərini özəlləşdirməyə hazırlamaq və nəzarəti artırmaq lazımdır. Yəni hökumət özü də əslində problemlərin olduğunu etiraf edir”.
Məlumat üçün qeyd edək ki, qardaş ölkə Türkiyədə metro qiymətləri şəhərlərə və sərnişinlərin aid olduğu kateqoriyaya görə dəyişir. Məsələn, İstanbulda tələbələr üçün gediş haqqı - 11 qəpik, sadə vətəndaşlar üçün isə 60 qəpik təşkil edir. Rusiyanın paytaxtı Moskvada isə gediş haqqı 90 qəpikdir. Gürcüstanın paytaxtı Tbilisidə 63 qəpik, İranda 13 qəpik, Ermənistanda isə 43 qəpikdir.
P.S. Maraqlıdır, “Bakı Metropoliteni” ziyanla işləyirsə, QSC-yə rəhbərlik edənlər necə milyonçu olur?
E. Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.


Şərhlər
Bir daha bu aktual mövzuya qayıdarak bildirirəm ki..metro şəhərin bir vizit vərəqidir.Bizim metro sanki sərnişin yox, yuk daşıyır.Hər dəfə qiymət artanda deyilir ki ,xidmət mədəniyyəti də yüksələcək.Amma tərsinə olur , daha da pis olur.
Metronu 1 manat eləsələr də xalqın pulunu oğurlayanlar deyəcəklər azdır.Əlbətdə alınan 5 manatlıq malı 50 manata sənədləşdirəndə bu proseslər baş vercək.Qiymətin artmasına səbəb metroda olan qara işlərdir.onu araşdırmaq ,ortaya çıxartmaq lazımdır.
Dolların sabit qaılmaası da bunlara sərf edir.
hərəsi bir tərəfdəın söküb talayır kasıb millət isə dilənçi halına düşüb. Millət xalq dalana dirənib. Bu məmurlar bu millətə düşmın kəsiliblıər. Elə bil ki bu millətdən deyillər. Bu millətdən olsala bu qədər milləti soyub talamaz,millətin axırıncı loxma çörəyini də əlindən almaz.Bizdən olmayan Anası erməni məmurlar, və kimlər kimlər. Bunu artıq bütün xalq bilie. Ac qılıca capar. Bir gün son olacaq. Sonsuz heç nə yoxdur.
Bunun səbəbini sələmçi Tağıdan sotuşun .Azərbaycan bir qrup ad soyad dəyişmiş milli qarışıqların vəzifələrə şübhəli təyinatlarla bu hala gətirilib.Bu sistemin çürüklüyü və saf idarə edilməmənin nəticəsidir.
yerin altında qalmış metropolitenlə maraqlanmaqdansa, yerin üstündə qalmış Xarici İşlər NAzirliyinin Maliyyə-Valyuta idarəsi ilə maraqlanmaq olmazdımı, cinayət törətmiş mühasiblər dəstəsindən yazmaq daha yaxşı olmazdımı, keçmiş rəis-mammedyarovun pul kisəsi lamkiyə canəhmədovanın sağə-salamat şadxürrəm yaşamağından zamaq olmazdımı? Nə isə....
Kapitalizm durmadan qiymətləri qaldıra-qaldıra camaatın belini qırmaq deyil,ay məmurlar.Üç yüz il əvvəllər Avropadakı ilkin kapitalizm dövründə olub xalqın cibini soyaraq varlanmaq məsələləri,amma əsrlər ötdükcə oralarda alimlər,filosoflar anlatdılar ki,belə olmaz,hər şeyin bir əndazəsi,ölçüsü olar,xalqın güzəranını yaxşılaşdırmadan inkişaf olmaz.Odur ki,bu gün
İngiltərənin,İsveçin,İsveçrənin,Almaniyanın,Yaponiyanın kapitalizminə baxın.Və dönüb bizim kapitalizmə də baxın.Gah su qiyməti qalxır,gah qaz qalxır,gah işıq qalxır,gah metro qalxır,gah ət qalxır,gah yumurta qalxır,gah taksi-avtobus qalxır,ay amaaan!Allah gözünüzü nə vaxt doyuracaq görəsən?İnsan oğlu,Adəm bəndəsi yəni nəfsinə heç mi “dur” deməyə qadir deyil bizlərdə? Deyəcəklər Türkiyədə də qalxır daa qiymətlər.A balam,Türkiyədə lira üzən məzənnədədi,qiymətlər inflyasiyayla əlaqədar qalxmalıdır.Bizdə isə üzən məzənnə deyil,odur ki inflyasiyaya görə qalxmalı olan dollar kursu illərdir boğulub qalıb 1,70 manatda.Beləcə həm məhsulların qiyməti qalxa-qalxa gedir,həm də manatın beli qırıla-qırıla.
Metroda hədsiz sıxlıqdır? Mütləq qaydada Covid-19 qapanması zamanı olduğu kimi səhər saat 6-00dan gecə saat 23-00a qədər metro stansiyaları arası Ekspress avtobuslar saat kimi dəqiq işləməlidirlər! Ya da Stansnsiyaların hər biri azı daha iki vaqonluq yer üçün uzadılmalıdır! Bakı Özəl azar iqtisadiyyatının təbii də yox, çox süni çıxılmaz *təmərküzləşmə* subyektinə çevrilib? Nəinki, Bakı bütöv Abşeron Nəqliyyat-Kanalizasiya tıxacına inkişaf etdirilib?
Müasir dünya qaydasını bilmirəm? Yarım əsr öncə (Sovet Sosializmi dövründə) Yaponda bütün istehsal müəssisələrində aşağı bölmədən direktor da (MMC İHSədi də) daxil hər il öz yığcam-savadlı (Əmək şurası) kollektivi qarşısında hər il müfəssəl hesabat verir, yeni ilin tədbirləri müzakirə olunur və daha səmərəli tədbirli (müqaviləli) şəxs yeni müddətə rəhbər təklif edilir, təbii ki, təyin də edilirdi!
OOLENIN REHMETLIK. RELLIQ BUDUR
Metronun inkişaf layihlərini, keçidlərini, stansiyaların üst ərazilərini icarə verənlər, satanlar kimlərdir? Yoxsa, oradan toplanan pulları metronun inkişafına yönəltmək cinayətmi? Stansiyaların (Bakmil-Uiduz, ya Koroğlu və s) da qapalı dövrəsini illərdir yaratmırlar ki, birdən az pul yığılar və ya istifadəçilər bir az rahat daşınarlar?
METROPOLİTENDƏ ƏSASLI YOXLAMAYA EHTİYAC VARDIR.
Aktual mövzudur . Dünyanın hər yerində metro həm də bir mədəni nümunədir.Bakıda metro qiyməti 40 qəpikdir.Xidmət səviyyəsi isə heç 10 qəpik də deyil.20 YANVAR M. kecidində hərəkət mmkün deyil.Dərnəgül -H Aslanov xəttində pik vaxtlarda interval 4-5-6 dəqiqədir.Artıq nəsə danışmaöın mənası yoxdur.Faciədir..........ı
SATIN ALMALAR,TENDERLƏR,ŞİŞİRDİLMİŞ ŞTAT,BƏZİ İŞCİLƏRƏ VERİLƏN ON MİNLƏRLƏ MANAT ƏMƏK HAQQI VƏ S. ARAŞDİRILMALIDIR.YOXSA GEDİŞ HAQQI BİR MANAT OLSA DA METRO YENƏ ZİYANLA İŞLƏYƏCƏK.
Metropolitenin rəhbərliyi milyonçu deyil ! Səhf edirsiz. Onlar artiq milyardçidir. DTX təcili araştirmalidir.
Hər hansı müəssisənin ziyanla və ya xeyirlə işləməsini onun sahibinin yaşayışından asanca bəlli etmək mümkündür.Baxırsan ki ziyanla işləyən filan müəssisənin işdən çıxmış---daha doğrusu çıxarılmış,çünki bizlərdə yağlı yerdən hansı axmaq öz xoşuyla çıxar?---sahibi başlayır ona-buna faizlə şıdırğı pul verməyə.Özü də hər bir klientə milyon manatlarla pulu faizə verir.Heç soruşan da olmur ondan ki,a balam,gəl bir de görək bu milyonlar səndə hardandı,bu işə qədər iki eşşəyin arpasını bölə bilən birisi deyildin,sovet vaxtı olsaydı selpoda nöyütdən-zaddan satmaqdan başqa bir iş verməzdilər sənə.Soruşmağın da mənası yoxdur,çünki hər şey mühasibat kağızlarında nəyi necə göstərməkdən asılıdı.Mühasibat kağızlarında gəlir-çıxar yerlərində çıxarı gəlirdən çox göstərdin,möhürünü də vurdunsa,vəssalam,demək ziyanla işləyir müəssisə.Sus payı olaraq da mühasibata konvertlər,maşınlar,şahanə evlər,oldu bitdi,bir daş altda bir daş üstdə,üstü açılsa hamınızı ələ verəcəyəm,bir zəncirlə qandallanacağıq.O kadar net yani.
Azərbaycanda gəlirli idarələrə hakimiyyət özünə yaxın adamları yerləşdirir.nəzarəti üstlərindən götürür və özbaşına buraxır.Bunun nəticəsi isə dövətə ziyan,haqsızlıq və narazılıqlarla nəticələnir.Azərbaycan reallığı budur.