Nurəddin İsmayıl

8 noyabr. 44 günlük Vətən müharibəsinin son akkordu.

Yaği düşmən üzərində şanlı qələbənin ilkin təntənəsi. Azad olunmuş Şuşadan üç rəngli bayrağımızın boy atdığı gün. Miskin, qorxaq, hiyləgər erməninin sinəsinə dağ çəkilən gün. Göz qırpmadan ölümün üstünə gedən əsgərlərimizin əsrlərlə kök salan erməni mifini darmadağın etdiyi gün. ATƏT-in Minsk Qrupunun arxivin dib bucağına göndərildiyi gün. Cənubi Qafqazda əmin-amanlığa start verildiyi gün. Təcavüzkar Ermənistanın təslimçi sülhə, kapitulyasiya aktına imza atdığı gün...

Dağların ucalığına, dərələrin dərinliyinə, çaylarıın axarına, geniş düzəngahlara, yaşıl meşələrə baxmaqdan məhrum olmuşdu gözlərimiz. Gözümüzə işıq gəldi, eynimiz açıldı. O qədər itkilər vardı ki, yediyimiz, içdiyimiz bizə haram gəlirdi. Səsimiz boğuq, gözümüz yorğun, dilimzi qısa, başımız aşağı olmuşdu. Şəstnən danışmağa, şəstnən yol getməyə utanırdı insan. Şükürlər olsun, başımız dikəldi, dilimiz açıldı, könüllər azacıq da olsa rahatlıq tapdı.

Ağrısız, acısız keçmədi ötən illərimiz. Onminlərlə can itkisi, günahsız axıdılan qan bahasına başa gəldi, zəfərimiz. Şəhadətdən, qazi olmaqdan keçəcəkmiş, qələbəyə gedən yolumuz. Hiylənin, məkrin, böyük oyunların görünməz sapından toxunmuş sədləri aşmaqdan keçəcəkmiş, qələbəyə gedən yolumuz. Canlar alan mina qatlarını, düşmənin illlərlə qurduğu müdafiə qurğularını yarmaqdan keçəcəkmiş, qələbəyə gedən yolumuz. Keçdik, çiynində yaralı silahdaşını daşıyan əsgərimizlə, sıldırım qayaları aşıb, düşmən üzərinə şığıyan xüsusi təyinatlımızla, əsgərindən öndə gedən zabitimizlə, vur əmrini alan müzəffər ordumuzla.

Alınmaz bilirdilər, aldıq o alınmaz bildikləri qalalı, qayalı Şuşanı. Aldıq, 30 il hər dərəsində kef çəkdikləri doğma Laçını, Kəlbəcəri. Azərbaycan ordusunun vahiməsi, xofu basdı bu soysuz tayfanı. Bir-bir tərk etdilər aranlı, dağlı Qarabağımızı, Zəngəzurumuzu.

8 noyabr. 24 saatlıq son antiterror əməliyyatına yol açan gün. Separatçı rejimi, xuntanı tərksilaha, ağ bayraq qaldırmağa sürükləyən gün. “Qarabağ Ermənistandır” deyib, Şuşada diringi gedən Paşinyanın Qarabağ klanından üz döndərdiyi saatları doğuran gün. Hərbi qəhrəmanlıqlardan dəm vuran Ermənistan ordusunun hərbi cəhətdən xədim olunduğu gün. Darmadağın olmuş Ermənistan ordusunun buraxıb qaçdığı hərbi texnikanın qənimət parkımıza daşındığı gün. Və nəhayət, Ali Baş Komandan İlham Əliyevin Şuşanın əbədi azad olması ilə bağlı xalqına raport verdiyi gün.

8 noyabr. Dost ölklərin sevinib, bizə düşmən kəsilən ölkələrin xar olduğu gün. Erməni havadarı İranın canına vəlvələ düşdüyü gün. Güneyli soydaşlarımızın Araz qırağında zəfərin dadını çıxardığı gün. Qardaş Türkiyə ilə Azərbaycanın müttəfiqlik əlaqlərinin rəsmləşdirildiyi Şuşa Bəyannaməsinə aparan gün. Türk dünyasını bir birinə bağlayacaq Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva etdiyi gün. Ermənistanın vassalı olduğu Rusiyadan uzaqlaşmasının başlandığı gün.

8 noyabr. Azərbaycanı öz ərazi bütövlüyünə, suvernliyinə qovuşduran anlara aparan gün. Dövlətimizin hərbi, siyasi, diplomatik məharətinin təsdiqləndiyi gün. Ordumuzun peşəkarlığının hərbi ekspertlər tərəfindən etiraf edildiyi gün. Dövlət, xalq, ordu həmrəyliyinin, vəhdətinin aşkar şəkildə ortaya çıxdığı gün. Erməni vəhşiliyinin, vandallığının, dinc əhaliyə qarşı törətdikləri cinayətkarlığın, şəhərləri, kəndləri, dini, mədəniyyət abidələrinin necə məhv etdiyinin dünyaya tanıdıldığı gün. Ermənistan deyilən geydirmə dövlətin Rusiya köləliyindən üz döndərib, boynuna Fransanın köləlik zəncirinin taxıldığı gün.

Kölə erməni

Çox deyirdin, nəslin “hay”dı, qədimdi,

Nə haldı bə, düşdün belə, erməni.

Zatı qırıq, hansı döşdən süd əmdin,

Yaranışdan yaltaq, kölə, erməni.

Sönməyirdi türkə olan nifrətin,

Dildə gəzən saxta döyüş qüdrətin,

Qırx dörd günə alt-üst oldu şöhrətin,

Başdan-başa kələk, hiylə, erməni.

Harda qaldı şıllaq atan Paşinyan,

Dəmir yumruq dəyən kimi zarıyan,

Zopa ilə haqqı qanar, qanmayan,

Qalxma daha bir də zilə, erməni.

Torpağımda harın həyat sürürdün

Qızılımı külçə-külçə kürürdün,

Qızdırmadan hara gəldi hürürdün,

Papağını verdin yelə erməni.

Mübarizlər, Polad adlı ərənlər,

Əsgərini leş-leş üstə sərənlər,

Vətənini candan əziz sevənlər,

Yaşatdılar sizə çilə, erməni.