AZƏRBAYCANIN NAMUS MƏSƏLƏSİ...

Cavid İsmayıl,

Tarix üzrə fəlsəfə doktoru

Şuşa işğal olunanda 15 yaşım vardı. Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ədalət Teymurlunun AzTV-dən Şuşanın işğalı xəbərini elan etməsi anı indi də gözümün önündə, səsi qulağımdadır. O vaxtadək Şuşanı heç görməmişdim. Bu üzdən yaşa dolduqca, heç vaxt görə bilməmək qorxusu ildən-ilə artırdı...

Etiraf edək: Şuşasız ötən 28 il 6 ay ərzində 20 Yanvar şəhidlərini xatırlamağı yadırğamışdıq, Xocalı soyqırımının qurbanlarını ildə bir dəfə xatırlayırdıq, Birinci Qarabağ müharibəsinin şəhidləri isə artıq statistikaya çevrilmək üzrə idi. Çünki aradan 30 il keçmişdi, nəsillər dəyişmişdi. Üstəlik, o qədər şəhid verməyimizə rəğmən, məğlub ölkənin vətəndaşları idik. Belə bir şəraitdə bəlkə də ən yaxşısı elə şəhidləri az xatırlamaq idi – vicdan əzabından qurtulmaq üçün.

Amma üç il əvvəlin 8 noyabr günü şərait tam dəyişdi – üç mindən artıq şəhidin canı və minlərlə qazinin qanı hesabına 44 gün davam edən Vətən müharibəsi Zəfərlə yekunlaşdı. Zəfərin simvolu isə Şuşanın işğaldan azad edilməsi oldu.

Vətən müharibəsi Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, yediyimiz hər tikədə, içdiyimiz hər qurtum suda, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Nə etsək də, borclarından çıxa bilməyəcəyik, lakin heç vaxt unutmayacağıq.

Hər bir savaşın olduğu kimi, Azərbaycanın Vətən müharibəsinin də rəmzləri və simvolikası var. Gəlin, onlardan bəzilərini xronoloji ardıcıllıqla xatırlayaq.

Mübariz İbrahimovdan Polad Həşimova

Əslində İkinci Qarabağ müharibəsinə gedən yol Mübariz İbrahimovdan başlamışdı desək, şişirtməyə yol vermərik. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Çaylı kəndində yerləşən mövqelərinə hücum etməklə Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını təkbaşına bütün dünyaya nümayiş etdirdi. Halbuki Mübariz işğal olunmuş torpaqları görməmişdi, heç genetik olaraq da əslən oralardan deyildi. Amma damarlarından axan qan eyni idi – Birinci Qarabağ müharibəsinin qəhrəmanları Şirin Mirzəyev, Allahverdi Bağırov, Əliyar Əliyev, Vəzir Orucov, Şikar Şikarov, Yusif Mirzəyev, Koroğlu Rəhimov, Kazımağa Kərimovun qanından idi.

Mübariz İbrahimovla başlayan Qarabağ uğrunda həlledici savaş 2016-cı ilin Aprel döyüşləri ilə davam etdi. Lokal Lələtəpə zəfəri ilə bitən dördgünlük müharibə Azərbaycan xalqının özünəinam hissini geri qaytardı. Millət olaraq gördük ki, məğlubiyyətlə bitən Birinci Qarabağ müharibəsindən keçən 24 il ərzində analarımız yenə də qisas hissi ilə yanan qəhrəman oğullar – Raquf Orucov, Vüqar Yusifov, Samid İmanov, Təbriz Musazadə, Murad Mirzəyev, Rasim Məmmədov, Pəncəli Teymurov kimi igidlər doğub. Yalnız Vətən müharibəsindən sonra anladıq ki, Aprel döyüşləri İkinci Qarabağ müharibəsinin baş məşqi imiş.

2020-ci ilin Tovuz döyüşləri və general Polad Həşimovun şəhid olması isə Azərbaycan xalqının da, rəhbərliyinin də səbrini daşıran son damla oldu. Şərqdə "namus" anlayışı, adətən, qadınlarla bağlı kontekstdə işlədilir. General Polad Həşimov öz şəhadəti ilə bu ənənəni pozdu. 27 ildir torpaqlarının işğalı ilə səssiz mübarizə aparan millət məhz Poladın namərdcəsinə öldürülməsi ilə barışmadı, bunu sanki namusuna toxunulması kimi qəbul edərək 14 iyul gecəsi küçələrə çıxdı və Ali Baş Komandanından qisas üçün əmr verməsini istədi. Millətin mesajı alındı və illərdir gözlənilən o ƏMR verildi. Nəticə isə budur – 1813-cü ildən bəri torpaq itirən millətdən torpaq alan millətə çevrildik. Bu mənada ilk şəhid generalımız kimi tarixə düşən Polad Həşimov Azərbaycanın Namusu oldu.

Dəmir Yumruq

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı “Dəmir Yumruq” adlanırdı. Maraqlıdır ki, müharibə dövründə ictimaiyyət bunu bilmədi. Yalnız ilk Zəfər Paradının keçirildiyi 10 dekabr 2020-ci ildə Prezident İlham Əliyev Azadlıq meydanında əməliyyatın adını açıqladı.

“Dəmir Yumruq” – xalq-dövlət-ordu birliyinin və həmrəyliyinin təcəssümü idi. Zaman göstərdi ki, əməliyyatın ad seçimi çox uğurlu olub. Çünki müharibə dövründə Azərbaycan xalqı öz lideri ətrafında dəmir yumruq kimi birləşərək, birliyini və gücünü düşmənə də, dünyaya da nümayiş etdirə bildi. On minlərlə insanın könüllü olaraq orduya yazılması, cəbhə zonasında yaşayan insanların düşmənin hava hücumlarına rəğmən, öz evlərini tərk etməməsi xalqın öz dövlətinə və ordusuna olan inamından xəbər verirdi.

Yeri gəlmişkən, ermənilər 1992-ci ildə Şuşanın işğalı ilə nəticələnən əməliyyatın adını "Dağlarda toy", Şuşanı əldən verdikdən sonra Xankəndi və Xocavənddən Şuşaya uğursuz hücum əməliyyatının adını "Gorbagor-2020" qoymuşdular. Azərbaycan Ordusu “Dəmir Yumruq”la tarixi torpaqlarımızdakı erməni separatçılığına elə bir toy tutdu ki, 2023-cü ilin sentyabrında gorbagor olmaqdan başqa yolları qalmadı.

Şəhid tabutlarına çiyin verən xanımlar

Vətən müharibəsi başlayan 2020-ci ilin 27 sentyabr səhərindən etibarən tarix səhnəsinə bambaşqa Azərbaycan xalqı çıxdı. Elə bir xalq ki, onu indiki dünya heç vaxt görməmişdi. 1804-cü ildə Çar Rusiyasının işğalına boyun əyməkdənsə, ölümü üstün tutan Cavad xanın, 1920-ci ilin mayında bolşeviklərə qarşı Gəncədə üsyan qaldıran cümhuriyyətçi babaların nəvələri yenə öz ləyaqətləri uğrunda savaşa qalxmışdılar. Bəli, bu, adi torpaq müharibəsi deyildi, xain qonşunun beynəlxalq himayədarlarının köməyi ilə yüz ildən çoxdur tapdaladığı milli qürurumuzun bərpası savaşı idi.

Müharibəyə deyib-gülərək, çalıb-oynayaraq gedən Azərbaycan gəncləri, həyətindən toplayıb yol kənarlarında satmaqla dolandığı meyvələri əsgərlərə vermək üçün hərbi kolonun arxasınca qaçan kəndlilər, dövlətinə və ordusuna yardım etmək üçün səfərbər olan iş adamları, şəhid olan oğlunun tabutunu qarşılayarkən Prezidentindən atəşkəsə getməməyi tələb edən analar – 2020-ci ilin Azərbaycan xalqı belə idi.

Onlarla foto vardı ki, şəhidin tabutuna kişilərlə yanaşı, qadınların – anaların, gəlinlərin, bacıların da çiyin verdiyini görmüşdük. Müharibədə həm qardaşı Elton Qənbərlini, həm də həyat yoldaşı Adil İbrahimlini itirən Nargül İbrahimli onların simvolu sayıla bilər. Heç də təsadüfi deyil ki, 27 sentyabr 2021-ci ildə Vətən müharibəsi şəhidlərinin ilk Anım Günü münasibətilə keçirilən yürüşdə Prezident İlham Əliyev məhz Adil İbrahimlinin fotosu olan plakatla iştirak etmişdi. Bu, həm də şəhid tabutlarına çiyin verən xanımlara Dövlət Babanın təşəkkürünün ifadəsi idi.

Hikmət bol olarsa...

İkinci Qarabağ müharibəsinin özəlliklərindən biri də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin həm siyasi-diplomatik, həm də hərbi müstəvidə irəli verdiyi kadrların peşəkarlığı ilə seçilməsi idi. İkinci müstəqilliyimizin tarixində ilk dəfəydi ki, müdafiə taktikasından imtina edərək, bütün cəbhələrdə hücumda oynayırdıq. Sözsüz ki, yüksək dəqiqliklə seçilmiş kadrların hazırlıq səviyyəsi bu məsələdə öz sözünü deyirdi.

Yeri gəlmişkən, sözügedən kadrlar arasında Vətən müharibəsindəki qələbəmizdə həlledici rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev də vardı. Pensiyasını Silahlı Qüvvələrə Yardım Fonduna köçürən təqaüdçülərin simvoluna çevrilən şəkili Hikmət baba sosial şəbəkələrdə adaşları kimi populyarlaşandan sonra xalq yaradıcılığı özünü çox gözlətməmişdi – “Bu işdə çox Hikmət var”, “Hikmət bol olarsa, basılmaz Vətən!” frazaları az qala aforizmə çevrilmişdi.

Şuşa qalası

May ilin ən gözəl ayı olsa da, biz mayı uzun illər sevmədik. 28 Maydan utanıb bunu dilə gətirməsək də, hətta özümüzə etiraf etməsək də, ilin ən gözəl ayına 28 il 6 ay bəlkə də nifrət etdik – Şuşanı bu ayda itirdiyimizə görə.

Bir vaxtlar Şuşa “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Şərqin Konservatoriyası” adlandırılardı. Bu şəhər Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olub.

Əslində isə Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı yox, həm də ləyaqət paytaxtı imiş. Və biz bu həqiqəti əslində Şuşanı itirəndən sonra anlamışdıq. Ona görə hər il mayın 8-də başımızı aşağı dikir, gözlərimizi qarşımızdakı adamların gözlərindən yayındırırdıq. Əlimizdə imkan olsaydı, 28 ilin hər 8 mayında yaddaşımızı silib yenidən yazar, ya da təqvimdən 8 may tarixini pozardıq. Elə birbaşa 7 maydan 9 maya adlayardıq.

İşğal altında olduğu 28 il 6 ay ərzində biz Şuşanı heç vaxt unutmadıq. Yetişdirdiyi bütün tarixi şəxsiyyətlər olmasaydı belə, bircə Üzeyir Hacıbəyli bu şəhəri unutmamaq üçün bəs edirdi. Ali Baş Komandan İlham Əliyevin “Şuşasız işimiz yarımçıq olar” sözləri də Şuşanın bizim üçün kim, nə və hara olmasının göstəricisi idi.

Vətən müharibəsi başlayandan sonra Şuşanın daha bir özünəməxsusluğunu kəşf etdik. Digər rayon, şəhər və kəndlərimiz azad olunmamışdan əvvəl də artıq bizim nəzarətimizə keçməsi barədə xəbərlər asanlıqla və sürətlə yayılır, çox adam da buna inanırdı. Şuşa isə yeganə şəhər idi ki, Prezident elan etdikdən sonra belə azad olunması bizə yuxu kimi gəlirdi. Demək ki, qəhrəman şəhid və qazilərimiz bizim üçün, Vətən üçün mümkünsüzü mümkün etmişdilər.

Şuşanın işğalçılardan azad edilməsi dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşdü. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək, onlarla kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşməndən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla azad etdi. İndi qabaqcıl ölkələrin hərbi akademiyaları təkcə Şuşanın azad edilməsini deyil, bütünlükdə 44 günlük “Dəmir Yumruq” əməliyyatını, Azərbaycanın yeni nəsil müharibə strategiyasını və taktikasını öyrənir. Amma yəqin ki, Şuşa əməliyyatının detallarını sona qədər heç bir əcnəbi anlamayacaq. Çünki dağın başında yerləşən bir şəhəri almaq üçün əvvəlcə onun müqəddəsliyinə canınla, qanınla inanmalısan, onu öz ləyaqətin saymalısan.

Şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 28 il 6 ay davam edən Şuşa ləkəsini canı-qanı bahasına alnımızdan və tariximizdən təmizlədi. Artıq Şuşa qalasının üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış ŞUŞA sözünün hər bir hərfindən şəhid və qazilərimizin qanı damcılayır.

Prezident İlham Əliyevin Şuşa müjdəsi

Vətən müharibəsinin zirvəsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şəhidlər Xiyabanından Şuşanın azad olunması xəbərini çatdırması oldu. Bu çıxış ən incə detallarına qədər öncədən hesablanmışdı, ya yox – bilmirəm. Amma çıxışın Şəhidlər Xiyabanından ediləcəyini Ali Baş Komandan yəqin ki, ya Vətən müharibəsinin başlanğıcında, ya da illər öncə planlaşdırıbmış. Çıxışda işlətdiyi cümlələr barədə isə bunu birmənalı şəkildə demək olmur. Çünki sözlər, ifadələr çox təbii seçilmişdi. Siyasətçilərin, adətən, istifadə etdiyi quru, statik ritorikadan əsər-əlamət yox idi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”

Prezidentin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri isə illər, əsrlər sonra da səslənmə haqqı qazandı və az qala “Bayatı-Şiraz” qədər Şuşanın, Qarabağın simvoluna çevrildi.

İlham Əliyev həmin gün Şəhidlər Xiyabanından öncə Fəxri Xiyabanı ziyarət etdiyini bildirmişdi: “Mən bu gün eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

8 noyabrın daha bir detalını isə Prezident ilyarım sonra – Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində açıqlamışdı: “8 noyabr 2020-ci il tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” Ondan sonra Şəhidlər Xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Cıdır düzündə Azərbaycan əsgərlərinin yallı getməsi

8 may 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Cıdır düzündə sərxoş halda yallı getməsi bütün azərbaycanlıların heysiyyətinə toxunmaq yox, heysiyyətini birbaşa tapdalamaq idi. Həmin günlərdə sosial şəbəkələrdə azərbaycanlılar, hətta iqtidara loyal münasibət bəsləyən ictimai-siyasi xadimlər belə hökumətdən bununla bağlı sərt addımlar atılmasını tələb edirdilər. Bəzi insanlar isə bu görüntülərdən sonra yaşamağı özlərinə haram sayırdılar.

O vaxt Azərbaycan iqtidarı tərəfindən bununla bağlı hansısa sərt addımlar atıldığını müşahidə etmədik. Prezident İlham Əliyevin də Paşinyanın Şuşada rəqs etməsinə reaksiyasını heç birimiz bilmədik o günlərdə. Ali Baş Komandan Cıdır düzündə sərxoşların rəqsinə münasibətini düz ilyarım Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə açıqlamadı. Yalnız Vətən müharibəsi başlayandan sonra hamı gördü ki, bu xoşagəlməz olay bəlkə də ən çox İlham Əliyevi sarsıdıbmış və o, düşmən ölkənin hökumət başçısına bunu heç vaxt bağışlamayıbmış. Sadəcə, layiqli – yəni tarixdə heç vaxt verə bilmədiyimiz cavabı vermək üçün tarixi məqamın yetişməsini gözləməklə də yox, o məqamı yetişdirməklə məşğul imiş.

“Fəryad” filmində Şuşanın işğalı xəbəri səhnəsinə Azərbaycan əsgərlərinin cavabı

Artıq 30 ildir müstəqil olsaq da, hələ də Birinci Qarabağ müharibəsi haqqında “Fəryad” filmindən daha yaxşı ekran əsəri ortaya qoya bilməmişik. Rəhmətlik Ceyhun Mirzəyevin yüksək peşəkarlıq və vətənpərvərlik ruhunda ərsəyə gətirdiyi bu filmin ən təsirli səhnələrindən biri Şuşanın işğalı xəbərinə ermənilərin rəqs etməsidir. Bu səhnə filmdə xalq artisti Məlik Dadaşovun peşəkarlığı sayəsində çox təbii alınıb.

Tanrıya şükürlər olsun ki, gec də olsa, bu səhnəyə daha təbii şəkildə cavab vermək şansı yaratdı bizə. 1992-ci ilin 8 mayında yaşından asılı olmayaraq, Şuşanın işğal xəbərini eşidən azərbaycanlılar üçün bu cavabın mənəvi dəyəri ölçüyəgəlməzdir, əziz gənclər! Bu, bir travma idi – kimin üçün uşaqlıq, kimin üçün yeniyetməlik, kimin üçün gənclik, kimin üçün kişilik, kimin üçünsə də qadınlıq travması. İndi o travma daha yoxdur – cəhənnəmə getdi, gorbagor oldu...

Son söz yerinə

Şuşanın azad olunması xəbəri rəsmən elan olunanda evdə idim. Prezident bu xoş xəbəri elan edib bitirdikdən sonra işə - APA Group-a yollandım. Ofisə daxil olanda birbaşa Nurşən Quliyevin otağına üz tutdum. Çünki Birinci Qarabağ müharibəsinin qazisi və şuşalı kimi ən çox təbriki haqq edənlərdən biri idi. Bir-birimizə sarıldıq, amma bir dəqiqəyə yaxın bir-birimizə heç nə deyə bilmədik. Handan-hana Nurşən “Təbrik edirəm”, - deyə pıçıldadı.

Təsəvvür edin – bir şuşalı bir ordubadlını Şuşanın azad olunması münasibətilə təbrik edirdi. Bilirsiniz niyə? Çünki Şuşa elə Azərbaycandır, Azərbaycanın özüdür, Azərbaycanın gözüdür.

Azadlığın qutlu və əbədi olsun, Şuşam!

(Qafqazinfo.az)

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.