Menu

Avropa Ukraynanı 1 milyon artilleriya mərmisi ilə təmin edə bilməyəcək

14.11.2023, 13:20
Avropa Ukraynanı 1 milyon artilleriya mərmisi ilə təmin edə bilməyəcək

Avropa Ukraynanı bir milyon artilleriya mərmisi ilə təmin edə bilməyəcək.

APA xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Aİ müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa İttifaqının martın sonuna qədər Ukraynaya bir milyon artilleriya mərmisi göndərmək vədini yerinə yetirməyəcəyini etiraf edib.

"Bir milyona çatmaq mümkün olmayacaq, bunu güman etmək lazımdır. Bir milyonun real olub-olmaması da düzgün sualdır", - Pistorius bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol