Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitinə qatılmamaq barədə qərarı həm Kremldə, həm də Ermənistandakı rusiyapərəst müxalifətdə hiddət yaradıb.
“AzPolitika.info” xəbər verir ki, Ermənistan parlamentinin “Ermənistan” blokunun başçısı, hərbi cinayətkar Seyran Ohanyan Paşinyan hakimiyətini təhdid edib.
Yerli mətbuata açıqlama verən Ohanyan deyib ki, KTMT-nin sammitinə qoşulmamaq və bu təşkilatdan uzaqlaşmaq Ermənistanın təhlükəsizliyi üçün təhdid yaradır: “KTMT o təşkilatdır ki, onun yaradılmasında Ermənistan da iştirak edib. Hazırda Ermənistan və “artsax”(?) çətin hərb-siyasi vəziyyətdədir, təhlükələr isə dərinləşir. KTMT-nin tədbirinə getməmək bizim regionu və Ermənistanı daha bir təhlükə qarşısında qoymaqdır”.
“AzPolitika.info”


Şərhlər