Menu

“Rusiya bizi Azərbaycanın qarşısında tək qoyaraq incitdi” – “Mən KTMT-nin iclasında niyə iştirak etməliyəm?!”

22.11.2023, 16:45
“Rusiya bizi Azərbaycanın qarşısında tək qoyaraq incitdi” – “Mən KTMT-nin iclasında niyə iştirak etməliyəm?!”

UErmənistan parlamentinin sədri Alen Simonyan İrəvan-Moskva münasibətlərində yaranmış gərginliyin, habelə Paşinyan hökumətinin KTMT-nin toplantılarını boykot etməsinin səbəblərindən danışıb.

“Birincisi, inciklik heç bir halda siyasi kateqoriya deyil, ikincisi, siyasi maraqlar var. Bu maraqlar son bir neçə ildə Ermənistanın və erməni xalqının maraqlarına zidd olaraq həyata keçirilib və keçirilməkdə davam edir”, - spiker bildirib.

Simonyan vurğulayıb ki, Rusiya Federasiyası Ermənistanı Azərbaycanın qarşısında tək qoyaraq incidib: “Hər şeyin əsasında duran məsələ budur”.

Simonyanın sözlərinə görə, dekabrda KTMT-nin daha bir tədbiri olacaq və orda iştirak etməyəcək: “Ermənistan KTMT-dən çıxmaq barədə qərar verməyib, lakin mən hesab edirəm ki, bu vəziyyətdə tədbirdə iştirakım yersizdir. Faktiki belə bir vəziyyət yaranıb: KTMT öz öhdəliklərini yerinə yetirmir və yerinə yetirmək istəmir. Bəs mən ora niyə getməliyəm?”

Lakin onun sözlərinə görə, münasibətlər donmuş deyil. “Onlara iştirak etməyəcəyimi bildirdim. Ən azından hələlik cavabları yoxdur. Düşünürəm ki, olmayacaq, çünki onlar özləri iştirak etməmənin səbəblərini başa düşürlər"- deyə spiker bildirib. “Düşünürəm ki, növbə KTMT-nindir”, - o əlavə edib.

Simonyan daha sonra qeyd edib ki, KTMT ölkələri bu məsələyə reaksiya verməli və “xəyali köpükdə” yaşamamalıdırlar: “Onların reallığı ilə yaşadığımız reallıq fərqlidir və onlar heç də üst-üstə düşmür. Biz deyirik ki, Ermənistan KTMT-dən çıxmaq fikrində deyil, lakin Təşkilatın Ermənistanı tərk etməsindən narahatıq. Onlar öz əməlləri, bəyanatları, çıxışları ilə sübut edirlər ki, həqiqətən də bu strukturda problem var”, - deyə parlament sədri bildirib.

Spikerin sözlərinə görə, deyəsən, KTMT Ermənistana missiya göndərmək istəyir, amma onun harda olacağını dəqiqləşdirmir - İrəvana, yoxsa Cermuxa?

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün Minskdə keçiriləcək KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyəcək. Xarici işlər naziri Ararat Mirzoyan da oxşar tədbirdə iştirakdan imtina edib. Bundan əvvəl Baş nazir Nikol Paşinyan noyabrın 23-nə planlaşdırılan KTMT sammitində iştirak etməyəcəyini bildirib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-11-22 21:47:54

Mənə elə gəlir ki,şərhləri verməli olan adam yatıb dünəndən.Şiriiin!Ay Şiriiin! Buuuy!Qəşş edib ee!Oxxaaaay!Yox,Şirin yox.Səməəəd!Ay Səməəəd!Adə ölmüsəəəən?!

dadaşyev 2023-11-22 21:23:26

"İnciyənin küncünə" deyib dədə-babalarımız.Ay neandertal düşüncəli bədbəxt,əgər hələ də düşünürsənsə ki,Rusiya və ya hər hansı digər bir böyük xristian dövləti öz əsgərlərinin qanını tökı-tökə sənin qonşularının birindən bir az,o birindən bir az torpaq qamarlayıb böyük ermənistan yaradacaq və o böyük dövləti də özünə almayıb sənə peşkəş edəcək,onda öz ağlından inciməlisən axı.Belə absurd düşüncə papuasların da fantastik romanlarında olmaz vallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol