Menu

“İsrail kəşfiyyatı HƏMAS liderlərini öldürməyi planlaşdırır” - Türkiyə də hədəfdədir

04.12.2023, 11:47
“İsrail kəşfiyyatı HƏMAS liderlərini öldürməyi planlaşdırır” - Türkiyə də hədəfdədir

İsrail Baş Təhülkəsizlik Xidmətinin (Şabak və ya Şin bet) rəhbəri Ronen Bar Qətər və Türkiyədə HƏMAS-ın yüksək rütbəli rəsmilərinin öldürüləcəyini açıq şəkildə elan edib.

“AzPolitika.info” xəbər verir ki, o, bunu İsrailin dövlət televiziyası “Kann”-da yayımlanan canlı proqram zamanı deyib.

ABŞ-nin“The Wall Street Journal” nəşri təhlükəsizlik rəhbərinin bu açıqlamasını analiz edərkən bildirib ki, HƏMAS liderlərinin sui-qəsd əmri İsrailin Baş nazir Benyamin Netanyahu tərəfindən verilib.

Nəşri İsrailin Fələstin hüdudlarından kənarda HƏMAS liderlərini bir-bir tapıb öldürmək üçün plan hazırladığını yazıb. Qəzetin iddiasına görə, İsrail administrasiyası oktyabrın 7-də baş verən basqından sonra sui-qəsd planları üzərində işləir. İsrailin Livan, Türkiyə və Qətərdəki HƏMAS liderlərini öldürməyə hazırlaşıdğı bildirilir.

“Wall Street Journal”-ın məlumatına görə, İsrail İkinci Dünya Müharibəsindən bəri dünyanın müxtəlif yerlərində 2700 sui-qəsd əməliyyatı həyata keçirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol