Menu

“Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib” - “90-cı illərdə də belə idi....”

06.12.2023, 13:20
“Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib” - “90-cı illərdə də belə idi....”

“Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib, son bir neçə gündə təxribat məqsədi ilə xəbərlər yayılıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert belə xəbərlər sırasında “Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb”, “Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Jozep Borel 150 min erməninin zorla Qarabağdan çıxarıldığını bildirib” və “Azərbaycan Ukraynaya mərmi göndərib” məzmunlu dezinformasiyaları misal göstərib.

Qeyd edək ki, prezident İlham Əliyev Jozep Borrelin bu bəyanatına sərt reaksiya verib: “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.

E.Şahinoğlu vurğulayır ki, bunların yalan olduğunu biz bilirik, ancaq bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır: “1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik. Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, “ikili standartlardan” qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol