Menu

Prezident İlham Əliyev Serbiyada işgüzar səfərdədir - FOTO

10.12.2023, 13:45
Prezident İlham Əliyev Serbiyada işgüzar səfərdədir - FOTO

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gəlib.

Bu barədə "Report"un Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir.

Niş şəhərinin “Konstantin Veliki” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşıladılar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol