Menu

Kənd təsərrüfatı 4 il vergidən azad edilir – İqtisadçı detalları açıqladı

15.01.2024, 11:07
Kənd təsərrüfatı 4 il vergidən azad edilir – İqtisadçı detalları açıqladı

Kənd təsərrüfatında dividend gəlirləri artıq 2028-ci ilədək vergidən azad olundu. 

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu il yanvarın 1-dən etibarən 4 il müddətinə vergidən azad edilib.

İqtisadçı deputat Vüqar Bayramov hesab edir ki, bu güzəşt kənd təsərrüfatının inkişafı baxımından vacib addımdır: “Bu o deməkdir ki, məsələn, bu sahədə çalışan fiziki şəxs 2024-cü ilin nəticələrinə əsasən yaranan mənfəət üzrə 30 000 manat dividend elan edirsə, bu zaman hüquqi şəxsin təsisçisi olan fiziki şəxsə dividendi əldə edərkən ödəmə mənbəyində vergi hesablanmayacaq. Çünki yeni dəyişikliklərlə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb”.

İqtisadçı hesab edir ki, dəyər zəncirinə uyğun olaraq kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir. “Növbəti illərdə bu sektorda vergi güzəştləri mexanizminin daha da təkmilləşdirilməsi və genişləndirilməsi gözlənilir”, - o vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Kaku 2024-01-15 23:40:21

Bu da bir defe de olsun insanlarin basa duseceyi dilde danismadi

Cəmşid Dərələyəzli 2024-01-15 13:18:03

1995-ci ildə torpaqların özəlləşdirilməsi və ardıncada da 1996-cı ildə Heydər Əliyevin imzası ilə Kənd Təsərrüfatında pilot təsərrüfatlarının yaradılması ilə bağlı fərman verildi. Səhv etmirəmsə 1997-1998-ci ildə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşqul olmaq 4 il müddətinə vergilərdən azad edildi. 25 ildən çoxdur ki, bu proses hər dəfə 4 il atrtırılaraq davam edir və indi də vergidən azad olma müddəti 2028 -ci ilə kimi uzadıldı. Amma bu illər ərzində bu azad olma kəndliyə neler verdi, heç kimsə o cümlədən də Milli Məclisin bu sayaq qərarlarını sevinə- sevinə mətbat vasitəsi ilə beyan edən üzvü, Vüqr Bayramov. bu barədə heç nə danışmır. Amma deyərdim ki, bu azad olmalar əsil kəndliyə bu illər ərzində heç nə verməyib. Belə ki, bu azad olmanın effekti, özünü nə kənd təsərrüfatı məhsullarının artımında, nə bazardakı tələbat da, nə də qiymət də özünü büruzə verməyib. Olsa-olsa bunun effekt verdiyi kişilər, öz mövqelərindn istifadə edərək, minlərlə hektar torpaq sahələrini mənimsəyənlərə, onların iri fermer təsərrüfatlarına, quşçuluq təsərrüfatlarına, yem zavodlarına və parnik təsərrüfatlarına olub. Yaxşı bəs onda onların məhsulu hanı. Bazarlar niyə o tutub yanır, ətin qiyməti günü -gündən artıb, 1 kq quzu əti 20,00 manata çatıb. Başqa ət və ət məhsullarını da demirik. Nədən İqtisadiyyyat nazirliyi və onun tabeliyində olan Vergi xidmətinin məsul şəxsləri bu barədə bir analiz aparıb cəmiyyətin və hökümətin qarşısına çıxmırlar ki, bu illər ərzində Kənd Təsərrüfartının vergilərdən azad olmasından büdcənin itirdiyi nə olub və bu itginin qarşılığında Kənd Təsərrüfatında artım nə olub. Ona görə də İqtisadiyyat Nazirliyinin əlaqədar qrumlarından və Vüqr bəydən bu məsələyə bir aydınlıq gətirmələrini xahiş edərdik. . Bilirik ki, Ölkəmiz aqrar ölkədir və bu sahənin ümumdaxili məhsulda çəkisinin ilbə-il artması Ölkə Başçısının qarşıya qoyuduğu hədəflərdən ən öndə gələn hədəfləırdən biridir.

Fakt 2024-01-15 12:12:35

Kənçinin torpağı əindən alınıb,monopolistlərə verilib.suyu kəsilib,işsizlikdən şəhərə üz tutublar.Göstərdiyiniz güzəştlər isə monopolistlərə ayı xidməti üçün edilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol