Bakıda partlayışda iki nəfər dağıntılar altında qalıb. “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, salonda dərzi işləyən Ülviyyə adlı qadının və Rəşad adlı sex müdirinin dağıntılar altında olduğu ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.


Şərhlər