Menu

"İran və ABŞ müharibə həddinə yaxınlaşır” - "The Economist"

23.01.2024, 13:14
"İran və ABŞ müharibə həddinə yaxınlaşır” - "The Economist"

İran və ABŞ müharibə həddinə yaxınlaşır.

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-nin "The Economist" nəşrində yayımlanan məqalədə bildirilir.

Məqalədə qeyd olunub ki, ABŞ həm Qəzzada İsrilə kömək etməyə, həm İran və onun proksi qüvvələri ilə mümkün qarşıdurmadan yayınmağa çalışır:"HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan 100 gün keçib. ABŞ Prezidenti Co Bayden İsrailin Qəzza müharibəsində qalib gəlməsinə kömək etməyə çalışır, digər tərəfdən də münaqişənin İran və onun proksi qüvvələri ilə müharibəyə çevrilməsinin qarşısını almaq istəyir. Ancaq həm müqavimət qüvvələri, həm də İsrail və Amerika bir-birinə qarşı təhlükəli hücumlar edirlər".

Bildirilir ki, İran hökumətinin İraq və Suriyadakı müttəfiqləri Qəzza müharibəsi başlayandan ABŞ qüvvələrinə qarşı 140 raket və pilotsuz uçuş aparatı ilə hücum edib. 

"İndi Co Bayden İrana qarşı ciddi addımlar atmaq üçün təzyiqlərlə üzləşir. Əgər cavab verməsə, ABŞ zəif görünəcək. Cavab verilsə, ABŞ yeni müharibə ilə üzləşəcək",-deyə məqələdə qeyd olunur.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol