İranda 2022-ci ildə keçirilən ümumxalq etirazlarında həbs olunan güneyli gənc etirazçı Məhəmməd Qubadlı Kərəcin Qızılhisar zindanında edam edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“Qadın, həyat, azadlıq” şüarı altında etirazlara qatıldığına görə tutulan 22 yaşlı Məhəmməd Qubadlı “müharibə" (dini hökumətə qarşı üsyan qaldırmaq) və “fəsad törətmək” ittihamları ilə dar ağacından asılıb.
Paylaşılan videoya əsasən, Məhəmməd Qubadlının ailə üzvləri onun edam xəbərini həbsxananın qarşısında öyrəniblər.


Şərhlər
ALILAH oturduğun taxtını başına uçursun ey Xomneyi, səndə heç əfv etmək, bağışlamaq kimi insani bir hiss yoxdurmu? 800 yaşın, yarım metr saqqalın var. Araşdırılsa minlərlə cinayətin üzə çıxar. Bununla belə dünyanın quyruğundan dördəlli yapışmısan və 1000 ildə innən belə yaşamaq istəyirsən. Bu gəncin ahı, şimallı-cənublu bütün azərbaycanlıların, bütün türklərin, bütün müsəlmanların ahı səni və səninkiləri tutsun. Bizim türk balamzı asdığın o dar ağacının kəndiri əzizlərinin boynuna dolansın.
elleri qurusun.leyaqetsiz vehsiler