Menu

“Ukraynanın məğlubiyyətə uğrama təhlükəsi realdır” - Pentaqon

24.01.2024, 15:11
“Ukraynanın məğlubiyyətə uğrama təhlükəsi realdır” - Pentaqon

Ukraynada genişmiqyaslı müharibə davam edir və Pentaqon (ABŞ Müdafiə Nazirliyi-red.) hesab edir ki, Kiyevə silah tədarükünü dayandırsalar, Ukrayna dövlətinin ruslar tərəfindən məğlubiyyətə uğrama təhlükəsi var.

“AzPolitika.info” xəbər verir ki, belə bir bəyanatla ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Pat Rayder çıxış edib.

“Mən döyüşün nəticəsini təxmin etmək istəmirəm. Aydındır ki, döyüş meydanında döyüşməkdən söhbət gedəndə Ukrayna öz sözünü deyir, amma qeyd etdiyimiz təhlükə də realdır”.

Onun sözlərinə görə, ABŞ öz dəstəyini davam etdirə bilsə, təkcə Ukrayna üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün bir o qədər yaxşı olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol