Slovakiyanın yeni Baş naziri Robert Fitso Ukraynaya səfər edib.
“AzPolitika.info” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Fitso paytaxt Kiyevə deyil, sərhəddəki Ujqorod şəhərinə gəlib. Orada Ukraynanın Baş naziri Denis Şmıqalla görüşən Fitso jurnalistlərlə ünsiyyətdən imtina edib.
Ukrayna KİV-ləri yazırlar ki, Fitsonun jurnalistlərlə söhbətdən qaçması onun rusiyapərəsət mövqeyi və açıqlamaları ilə bağlıdır. Belə ki, ukraynalı jurnalistlər ona kifayət qədər kəskin suallar verə və işğalçı dövlətin maraqlarına xidmət göstərməkdə günahlandıra bilərdilər.
Belə ki, Fitso səfərdən öncəki açıqlamalarında Ukraynanın Rusiyaya ərazi güzəştlərinə getməli, Krımı və Donbası Rusiyaya təhvil verməli olduğunu deyib. Bununla yanaşı, yeni Baş nazir müharibənin Ukraynada yaratdığı fəlakətləri görməzdən gələrək vəziyyəti belə şərh edib: “Siz ciddi düşünürsünüz ki, Kiyevdə müharibə gedir? Zarafat edirsiz? Ümid edirəm ciddi deyilsiniz. Oraya gedin, görəcəksiniz ki, şəhərdə həyat tamamilə normaldır”.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər