Menu

Neftin qiyməti üzüaşağı gedir: “AzəriLayt” 75 dollardan ucuzdur

01.12.2014, 10:47

dunya neft oilNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 64.51 dollar olub.

AzPolitika.info-nun məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 68.40 dollar olub.

Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 1,16 dollar bahalaşaraq 74,52 dollar təşkil edib (2015-ci ilin dövlət büdcəsində neftin 1 barreli 90 dollar hesablanıb).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol