Xaricə gedən vətəndaşlar Ukraynaya vergi ödəməlidirlər
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Almaniyanın “ARD” telekanalına müsahibəsində deyib.
“Biz istərdik ki, hərbi xidmət yaşına çatmış, lakin ölkə sərhədləri daxilində olmayan insanlar bu gün Ukraynada olsunlar. Məsələ onda deyil ki, onların hamısı cəbhədə olmalıdırlar. Bizim böyük ordumuz var. Məsələ ədalət və insanların vergi ödəmələridir”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, insanlar müxtəlif səbəblərdən ölkəni tərk ediblər. Prezident əlavə edib ki, hələ də Ukraynada xeyli sayda insan qalıb və işləyir.
O vurğulayıb ki, xaricdə yaşayanlar Ukrayna büdcəsinə vergi ödəməlidirlər, çünki bu vəsait ordunun maliyyələşdirilməsinə kömək edir:“Bu, onların hüququdur. Amma Ukrayna vətəndaşlarıdırlarsa, vergi ödəməlidirlər. Çünki biz o zaman bu pulu hərbçilərimizə, bizi qoruyan əsgərlərimizə veririk. Onlar təkcə Ukraynanı qorumurlar”.
“AzPolitika.info”


Şərhlər